vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:13 | 8 iyul 2019 | Bazar ertəsi Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin liberalizmi köhnəlmiş sayır

Trampla “dostlaşma” Rusiya prezidentinin reytinqini niyə endirir?

Stiven HOLMS, “Project Syndicate”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda “Financial Times”a bildirib ki, “liberal ideya köhnəlib”. Bununla da o, ciddi təkziblərlə qarşılaşıb.

Bu təxribat diqqət tələb edir, amma indiyə qədər göstərilən diqqət növü deyil.

Əlbəttə, Putinin iddiası ABŞ prezidenti Donald Trampın “liberalizmi” Los-Ancelesdə və San Fransiskoda “baş verən hadisələrlə” bərabərləşdirmə bəyanatından daha az gülməli idi. Lakin Putin həm də iddia edib ki, Rusiya Birləşmiş Krallıqdan daha demokratikdir. O buna əsaslanıb ki, Rusiyada prezidentliyini azad və ədalətli seçkilərlə qazanıb.

Bu cür zarafatlar ciddi qəbul edilməməlidir.

Putinin “liberalizm tamamilə köhnəlib” açıqlaması, həqiqətən, liberal Qərbin indi Sovet İttifaqının taleyini bölüşməsi düşüncəsini və ya hətta intiqam hissini əks etdirir. Multikulturalizm, onun fikrincə, liberal-demokratik cəmiyyətlərdə “yerli əhalinin maraqlarına zidd və qeyri-realistdir.

Bu ekssentrik baxışın mənası nədir?

Ən sadə cavab: Putin son illərdə Qərb siyasətini pozan ifrat nativistlərə rəvac verir. Bu, sadəcə qərblilərə meydan oxumaq deyil. Putin yaxşı bilir ki, itirilmiş monomədəniyyəti bərpa etməyə dair nativist vəd həm Amerika, həm də Qərbi Avropada siyasi zəiflik və hətta vətəndaş zorakılığı üçün reseptdir.

Putinin “Financial Times”-a digər cavablarının əksəriyyəti əhəmiyyətsizdir. Qloballaşmanın Qərbin orta siniflərinə xeyir vermədiyinə dair açıqlaması orijinal deyil. 2008-ci ilin maliyyə böhranı və saxta xəbərlərin yayılmasına kömək edən texnologiya şirkətlərinin yüksəlişi ilə bərabər, liberalizmin nüfuzu qeyri-liberal Çinin iqtisadi möcüzəsi ilə laxlayıb. Tramp kimi nativist siyasətçilər iqtisadiyyatda çətinlik çəkən əhalinin demoqrafik narahatlıqlarına toxunaraq liberalizmin zəif damarını istismar edir və “isteblişment elitası”na bənzəyirlər.

Ancaq Trampdan fərqli olaraq, Putin ənənəvi liberalizmin “siyasi dürüstlük” və “açıq sərhədlər”lə məhdudlaşdırıla bilməyəcəyindən agahdır. O, liberalizmin işgəncənin ləğvini də əhatə edən daha geniş irsini bilir; üstəlik, liberalizm orduya mülki nəzarət, söz və ifadə azadlığı, rəsmi korrupsiya və səriştəsizliyi ifşa etmək üçün müstəqil mətbuat, hökumət qərarlarına dəlilli və faktoloji ictimai baxışa əsaslanır.

Putinin liberalizm barədə anlayışı Soyuq müharibənin sonundan etibarən “hegemonluq”la əlaqədar şikayətləndiyi zaman aydın olur. Postsovet liderlərinin əksəriyyəti kimi, o, bütün qeyri-Qərb ölkələrinin Qərb liberalizmini qəbul etməsi və ənənələrdən imtina etməsi fikrini ittiham edir.

“Financial Times” qəzetinə müsahibəsində Putin Qərbin “Liviya kimi bir bölgənin Avropa və ABŞ kimi demokratik standartlara malik olması istəyi”nə təəccüblənir. Onun fikrincə, “liberal hegemoniya” “demokratiyanın təşviqi” deməkdir. Başqa sözlə, “rejimin dəyişməsi” üçün evfemizm.

Burada onun liberal fikrə qarşı dəlili görünür. Putin Suriya prezidenti Bəşər Əsəd və Venesuela prezidenti Nikolas Maduro kimi diktatorları müdafiə edir, çünki bunu Qərbin təcavüzü sayır, son nəticədə öz hakimiyyəti üçün narahatdır. Onun fikrincə, ABŞ, Trampdan əvvəl, Putini Kremldən çölə atmaqdan ötrü demokratiya təşviqindən öz qəsdləri üçün istifadə edib.

Tramp Qərbin ittifaqlarını zəiflədib və Kremlin istədiyi kimi demokratiyanı təşviq etməni də.

Paradoksal olaraq, Amerikanın demokratiya və liberalizmin qlobal yayılmasına olan marağının sonu Putinin öz mövqeyinə ciddi təhlükə yaradır. Putinin yerli legitimliyi, öz təbirincə, təkəbbürlü Qərbə qarşı çıxmasına əsaslanıb. Amma indi anti-Amerika kartı siyasi rezonansını itirib. Əslində, ABŞ-da açıq rusofil administrasiya ilə Putinə etimadı kəskin şəkildə azaldıb.