vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
15:01 | 29 may 2017 | Bazar ertəsi Məqaləyə 2537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manevr sahəsi daralır

Günü yola verən siyasətlə uzağa getmək olmaz

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yüz minlərlə azərbaycanlının iş, qazanc ardınca Rusiyaya üz tutmaq məcburiyyətində qalması milli təhlükəsizlik problemidir. Görün, Rusiya səfiri nə deyir: «Olduqca böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır».

Tərcüməsi budur ki, «biz bu köçürmələri dayandırsaq, yaxud həmin azərbaycanlıları geri göndərsək, ölkənizdə hansı vəziyyətin yaranacağını nəzərə alın».

Yəni, Rusiyanın təsir-təzyiq vasitələri azmış kimi, birini də illərlə aparılan və insanları öz vətənindən didərgin salan yanlış siyasətlə özümüz onlara təqdim etmişik. Belə davam edə bilməz. Artıq istər daxili, istərsə də xarici siyasət bütün istiqamətlərdə dalana dirənib. Ölkənin təhlükəsizliyinə zərrə qədər təminat yoxdur. «Casus şəbəkəsi» məsələsi, Martirosyan rəzaləti bəzi acı həqiqətləri gözümüzə soxdu. Sabah ermənilər yenidən işğala başlasalar, ya da Dağıstandan daxil olan Rusiya ordusunun bir diviziyası Bakıya qədər gəlsə, bizə dəstək üçün quruca bəyanat verən də olmayacaq. İllərlə balans siyasətinin nə qədər gözəl, effektli olduğu barədə təbliğat aparıldı, Gürcüstanın və daha sonra Ukraynanın ağılsız siyasət apardığına bizi inandırmağa çalışdılar. Gəlinən nöqtə ondan ibarətdir ki, Gürcüstan NATO-nun bir addımlığındadır, Ukrayna məsələsi isə Qərb-Rusiya dialoqunun 1 saylı mövzusudur. G-7 ölkələri (və əlavə olaraq ayrıca ABŞ) bəyan etdilər ki, Rusiya Ukrayna məsələsində geri addım atmasa, yeni və daha ağır sanksiyalar tətbiq olunacaq. ABŞ-ın 2018 büdcəsində ilk dəfə olaraq Ukraynaya letal silahlar verilməsi əksini tapıb, bu, Rusiyaya qarşı Obama dövründəki siyasətin daha da sərtləşdirilməsi deməkdir.

Azərbaycan isə balans siyasəti nəticəsində özünü «boz zona»ya məhkum edərək qlobal geosiyasi rəqabət aparan bütün tərəflərin dəstəyindən məhrum durumdadır. Qərbdən, NATO-dan uzaq durmaqla Rusiyanın xoşuna gəlmək siyasəti iflasa uğradı.

Balans limiti artıq dolur, manevr sahəsi daralır. Azərbaycanın ciddi şəkildə, rusların sözü ilə desək, «pereosmısleniye» aparmağa, «biz haradayıq, hara gedirik, nə etməliyik» suallarını özünə verməyə, hər şeyə, bütün istiqamətlər üzrə siyasətə hərtərəfli şəkildə yenidən baxmağa ehtiyacı var. Günü yola verən siyasətlə uzağa getmək olmaz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)