vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
20:16 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli Mətbuat günü necə təsis olundu?

142 yaşlı milli mətbuatın günü 1991-ci ildən qeyd olunur

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündən sonra Azərbaycan mətbuatının 142-ci yubileyi keçiriləcək. 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan «Əkinçi» qəzeti özündən sonra tarix yazmağı bacarıb. Sonralar çar imperiyasının göstərişi ilə qəzetin fəaliyyəti sona çatdırılsa da, bu gün «Əkinçi»nin ənənəsi davam edir.

Sovet dövründə 22 iyul Mətbuat günü kimi keçirilməsə də, bu tarix yaddaşlardan silinməyib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra mətbuat sahəsinə diqqət və maraq güclənib.

Sual doğuran məsələ isə Sovet dövründən sonra 22 iyulun nə vaxtdan mətbuat günü kimi qeyd olunmasıdır.

Xalq şairi, 1991- və 1995-ci illərdə mətbuat və informasiya naziri olmuş Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında deyib ki, 22 iyul tarixi heç zaman unudulmayıb.

«1991-ci ildən 1995-ci ilə qədər mətbuat və informasiya naziri olmuşam. Həmin vaxtlarda 22 iyul Mətbuat gününü qeyd etmişik. Geniş formatda olmasa da, nazirlik səviyyəsində, qəzet səhifələrində və mətbuatdakı yazılarda 22 iyul mətbuat günü kimi keçirilib. Bu elə tarixdir ki, həmişə xatırlanıb. Hətta, Sovet dövründə də 22 iyul mətbuat günü unudulmayıb. Zərdabi və «Əkinçi» qəzeti hər zaman xatırlanıb. 22 iyul tarixi 1990-cı illərdə də Mətbuat günü kimi qeyd olunub. Amma indiki kimi geniş miqyasda olmayıb».

Azərbaycanda Mətbuat günü ilə bağlı təklifi reallaşdıran şəxslərdən biri hazırda Milli Məclisin üzvü olan Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdir. 

1991-ci ildə Prezident Aparatında yüksək vəzifədə işləyən S.Hacıyev saytımıza açıqlamasında bildirib ki, ölkə müstəqli olduqdan sonra o zaman onun mətbuatı ilə bağlı bayram tarixi barədə də  müzakirələr başlanıb.

«O vaxta qədər «Pravda» qəzetinin yarandığı 5 may sovet Azərbaycanında Mətbuat və radio günü kimi qeyd olunurdu. Prezident Aparatında işləyəndə belə qərara gəldik ki, «Əkinçi» qəzetinin nəşrə başladığı günü Milli Mətbuat günü kimi tarixə salaq. O zamankı rəhbərliklə müzakirələrdən sonra qərar qəbul edildi. 1991-ci ildə qəbul edilən həmin qərarda 22 iyulun Mətbuat günü kimi qeyd olunması öz əksini tapdı. Həmin vaxt Prezident Aparatında Dövlət Hüquq Şöbəsinin müdiri vəzifəsində çalışırdım. Qərarın qüvvəyə minməsi çox yaxşı qarşılandı. Bu qərardan sonra iyulun 22-si Azərbaycanda Milli Mətbuat günü elan olundu. Həmin vaxtdan bu günə kimi ənənə davam edir. 

Həmin qərarın qəbulu tək mənim xidmətim olmayıb. O zaman vəzifədə olan bütün şəxslərin xidməti sayılmalıdır».

Üç gündən sonra gün qeyd edəcəyimiz 22 iyul Milli Mətbuat gününün tarixi 1991-ci ildən başlayır.