«Yurdda sülh, cahanda sülh» fəlsəfəsi
Türkiyə xarici siyasətdə Atatürk ideyalarına qayıtmasa problemləri daha da böyüyəcək
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
Almaniya Türkiyəni iqtisadi sanksiyalarla hədələyib. Türkiyə-Almaniya münasibətlərində bir müddətdir davam edən soyuqluq ciddi böhran mərhələsinə qədəm qoyub. Səbəb Almaniyanın «fətullahçı»lara və Türkiyədən qaçan, terrorçuluqda suçlanan digər şəxslərə sığınacaq verməsi və bunun əvəzində Türkiyə hökumətinin Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisini həbs etməsidir.
Almaniya Türkiyənin 1 saylı ticarət ortağıdır. 2016-cı ilin yekunlarına əsasən Almaniya Türkiyənin ixracatında 10 faizlik payla (14,4 milyard dollar) ilk sıradadır. Türkiyədə 6 min alman şirkəti fəaliyyət göstərir. Almaniya həm də Türkiyəyə ən çox turist göndərən ölkədir.
Əgər Almaniya sanksiyalara qərar verərsə, şübhəsiz ki, özü də zərər çəkəcək, amma Türkiyə daha böyük zərbə alacaq. Türkiyə iqtisadiyyatı onsuz da kövrək və xarici ticarətdəki gəlişmələrə qarşı həssas bir iqtisadiyyatdır. Almaniya kimi bir bazarı itirmək türk istehsalçıları üçün əsl faciə olar. Bu durumda qısa müddətdə alternativ bazarlar tapmaq da mümkün deyil, tərslikdən ərəb dünyasının bir sıra aparıcı ölkələri ilə münasibətlər ya korlanıb, ya da korlanmaq üzrədir. (Bu, ayrıca diqqət yetirilməli mövzudur. Türkiyənin 3-cü böyük ticarət ortağı olan İraqdakı Bağdad və Ərbil hökumətləri ilə münasibətlərində gərginlik artır. Qatar böhranı da davam edir. )
14-15 milyard dollarlıq ixracat gəlirindən məhrum olmaq dövlət üçün zarafat deyil. 2016-cı ildə Türkiyənin ümumi ixracat gəliri 143 milyard dollar olub. (Müqayisə üçün: Almaniyanın ixracat gəliri 1,2 trilyon avro.) Bu gün Türkiyənin brüt (gross) valyuta ehtiyatı (qızılsız) 86 milyard dollardır, hazırkı valyuta ehtiyatının miqdarı açıqlanmasa da, bunun cəmi 30 milyard dollar civarında olduğu bildirilir.
Turizm gəlirləri isə həm büdcə kəsirinin aşağı salınması, həm əhalinin işlə təminatı, həm də bütövlükdə bu sektorun ayaqda qalaraq dünya ilə rəqabətində mühüm rola malikdir. Bu sahədə Rusiyanın boykotuna davam gətirməyən Türkiyənin Almaniyanın boykotuna dözə biləcəyi inandırıcı görünmür. Ümumiyyətlə, turizm ölkəsi sülhpərvər xarici siyasət yeritməlidir. Bu dəqiqə Qara dəniz - Trabzon və Rizə turizmçiləri qorxudan titrəyirlər ki, Səudiyyə Ərəbistanı və onun çətiri altındakı ərəb ölkələri boykota başlasa, biz məhv olduq.
Uzun sözün qısası, Türkiyə xarici siyasətdə Atatürkün «Yurdda sülh, cahanda sülh» fəlsəfəsinə qayıtmasa, problemləri daha da böyüyəcək.