Konqresin riskli xarici siyasəti
(ABŞ xarici siyasətindəki yeniliklər və qlobal geosiyasi mübarizə barədə)
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bayramovun telefonları susmur
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
-
“Yersiz bir təzyiqdir”
Dövlət Departamenti İranda son həbsləri pisləyib
-
““Dağlıq Qarabağ” anlayışı mövcud deyil”
XİN Dövlət Departamentinə cavab verdi
-
Avropadan Amerikayadək...
Ermənistanın ölkəmizə qarşı təcavüzü əleyhinə aksiyalar keçirilib
-
Trampın zəif yeri
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
-
“Qarşı tədbirlər görüləcək”
Çinin ABŞ-a cavabı gecikmədi
-
“Onlar odla oynayırlar”
Tramp: “İrana artıq heç bir mesajım yoxdur”
-
“Çox vaxt aparmayacaq”
Tramp İranla müharibədən danışdı
-
Xamneyinin 97 milyard dolları təhlükədə
Tramp bu dəfə 10-luqdan vurdu
-
“Sözünün üstündə dayanır”
Tramp KXDR liderindən “çox isti” mesaj aldığını deyib
-
“Ən yaxşı cavab”
“Ölkəmi nüvəsizləşdirməyə hazıram”
-
OPEK-in qarşısındakı kötük
Ya onun qarşısında diz çökməli, ya da meydan oxunmalıdır
-
50-sindən 16-sı
Donald Tramp məhkəməyə verildi
-
Trampın 26 yalanı
“The Washington Post” yazır ...
-
“5 milyondan artıq yeni iş yeri açmışıq”
Tramp “Ölkədə vəziyyət haqqında” illik məruzə ilə çıxış etdi
-
“Qırmızı düymə” qorxusu
“Nüvə çamadanı”nı Trampın əlindən alırlar
Tramp Dövlət Departamentinin büdcəsini azaltmaq istəyirdi. Onun Konqresə təqdim etdiyi büdcə layihəsi təsdiqlənsəydi, xarici siyasət fəaliyyətlərinə (Dövlət Departamenti, USAİD, xarici yardımlar və digər proqramlar) ayrılan vəsait 30 faiz azaldılacaqdı.
Bu addım Rusiyada növbəti sevincə səbəb olmuşdu, Kreml ekspertləri bunu Trampın izolyasionist siyasət seçimi kimi qiymətləndirərək bildirirdilər ki, ABŞ artıq dünya məsələlərinə daha az qarışacaq, «yumşaq güc»ü zəifləyəcək, demokratiyanın yayılmasına pul ayırmayacaq, Ukraynaya dəstək verməyəcək, postsovet məkanına müdaxilədən vaz keçəcək və nəticədə Rusiyanın rolu güclənəcək, bütün bunlar isə polisentrik (çoxmərkəzli) dünya düzəninin formalaşmasına gətirib çıxaracaq. Qiymətləndirmə qismən doğru idi, çünki Tillerson Dövlət Departamentinin kollektivi ilə tanışlıq görüşündə bəyan etmişdi ki, əgər bizim dəyərlərimiz (demokratiya, insan haqları) iqtisadi və təhlükəsizlik maraqlarımızın reallaşdırılmasına mane olacaqsa, biz o dəyərlərdə israr etməyəcəyik və arxa plana atacağıq. Tramp da bir neçə dəfə (o cümlədən Səudiyyə Ərəbistanında islam ölkələri liderləri ilə görüşündə) bənzər fikirlər söyləmişdi.
Ancaq rusiyalı ekspertlər və onların mövqeyini bölüşənlər Konqres amilini nəzərə almamışdılar. ABŞ qanunvericiləri və dövlət aparatı (istəyən «dərin dövlət» də deyə bilər) bu xətti bəyənmədi. Trampa güvənməyən Konqres tədricən xarici siyasətin həyata keçirilməsində təşəbbüsü öz əlinə almağa başladı. Dünən Senatın Təxsisatlar (ayırmalar) komitəsi Trampın Dövlət Departamentinin büdcəsi ilə bağlı təklifini qəbul etmədi və xarici siyasətə prezidentin tələb etdiyi miqdardan 11 milyard $ daha artıq (51 milyard $) vəsait ayırdı.
Əslində qeyri-adi və gözlənilməz bir şey baş vermir, respublikaçı elitanın və dövlət aparatının (DD, Pentaqon, kəşfiyyat) Trampın baxışlarını bölüşmədiyi məlum idi. ABŞ-ın yaxın gələcəkdə yeridəcəyi siyasət respublikaçıların Trampın rəsmi namizəd elan olunduğu Klivlenddəki milli qurultayında (iyul 2016) açıqlanan geniş proqram sənədində ortaya qoyulmuşdu. Orada açıq şəkildə Ronald Reyqan dönəmindəki «Güc vasitəsilə sülh» (Peace through strength) siyasətinə keçid ediləcəyindən bəhs olunur. Bu çərçivədə admiral Alfred Mehenin (Alfred Thayer Mahan, 1840-1914) «Dəniz gücü» (Sea power) konsepsiyasına uyğun olaraq dünya okeanına nəzarəti saxlamaq üçün sürətlə yeni hərbi gəmilər inşa olunması və dəniz piyadaları taborlarının sayının artırılması planlaşdırılır. Bundan başqa, nüvə balansını pozaraq ABŞ-ı bu sahədə rəqibsiz etmək məqsədilə qlobal raket hücumundan müdafiə sisteminin qurulmasını başa çatdırmaq məqsədi var və nüvə arsenalının modernləşdirilməsi üçün qarşıdakı 10 ildə 400 milyard dollar ayırmaq nəzərdə tutulur. Bu, həm də Reyqanın ənənəsinə uyğun olaraq Rusiyanı (və Çini) silahlanma yarışına vadar edib, resurslarını tükətmək məqsədi güdür.
Geosiyasi rəqabətdə texnoloji imkanlar, texnoloji üstünlük də şübhəsiz ki, önəmli rol oynayacaq. Üç gün əvvəl Pentaqon orbitə pilotsuz kosmik gəmi göndərdi. Bu aparatın təyinatı məxfi saxlanılır və iddialara görə, onun vasitəsilə düşmənin peyklərini sıradan çıxarmaq və yerdəki hədəflərə kosmosdan zərbə endirmək mümkün olacaq. (Yenə Reyqan... Onun 1983-də elan etdiyi və «ulduz müharibələri» kimi tanınan Strateji Müdafiə Təşəbbüsünü yada salaq.)
Konqresin hazırda müəyyən etdiyi və həyata keçirməyə çalışdığı radikal xarici siyasət kursu eyni anda bir neçə istiqamətdə cəbhə açılmasına səbəb olub. Bu riskli siyasətin nəticəsində ya ABŞ-ın qlobal liderliyi güclənəcək, ya da əksinə, zəifləməyə üz tutacaq.