Türkiyənin Qərbə mesajı
«Məni birdəfəlik itirə bilərsiniz, yaxşı düşünün»
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Artıq Türkiyə-Rusiya yüksək səviyyəli görüş və danışıqlarında Qarabağın «Q»si də gündəmə gəlmir.
Bunun səbəbi odur ki, Rusiya Qafqazı (ümumilikdə postsovet məkanını) özünün müstəsna maraq zonası sayır və münaqişənin həlli prosesinə digər tərəflərin (həmsədr ölkələr ABŞ və Fransa da daxil) qarışmasını istəmir. Türkiyə isə hazırda elə vəziyyətdədir ki, Rusiyanın nüfuz zonalarına nəinki müdaxilə edə bilməz, bunu heç ağlına da gətirməz. Türkiyənin regional məsələlərdə çəkisi və təsir gücü azalıb və azalmaqda davam edir. Qərblə münasibətlərdə ağır böhran yaşayan, hətta qeyri-rəsmi sanksiyalara məruz qalan Türkiyə Rusiyaya yaxınlaşmağa məcbur qalıb. (Burada şübhəsiz ki, Qərbin regionda apardığı siyasətin də rolu var).
Regional siyasəti dalana dirənmiş və Qərblə münasibətləri pozulmuş Türkiyə lideri ictimaiyyət önündə nə qədər məğrur və dik görünsə də, qapalı odalarda masaya gücsüz və qarşıdakının şərtlərini qəbul etməyə məhkum şəkildə oturur. Rusiya durumun fərqindədir və bu dialoqda şərt diktə edən tərəfdir. Məsələn, Türkiyə C-400 kompleksi ilə bağlı anlaşmaya texnologiya transferinin də daxil edilməsini istəyirdi, Rusiya razı olmadı. (Ankarada Moskvanın öz hərbi-texnoloji sirlərini Türkiyəyə verə biləcəyinə inanan sadəlövh kim imiş, maraqlıdır.)
Türkiyə Rusiya ilə yaxınlaşmaqla həm də ABŞ-a, Qərbə mesaj verir ki, «məni birdəfəlik itirə bilərsiniz, yaxşı düşünün». Amma «yuxarı bığ, aşağı saqqal» durumu yaranıb. ABŞ-ın kürdlərə dəstəyindən narazı olan Türkiyə Rusiya ilə yaxınlaşanda görür ki, ruslar da kürd kartını məharətlə oynayır. (Moskvanın bu sahədə təcrübəsi daha çoxdur.) ABŞ və Avropa PKK-nı heç olmasa, terror təşkilatı kimi tanıyıb (ciddi praktik önəmi olmasa da), Rusiya heç onu da etməyib, üstəlik, Moskvada PYD-nin rəsmi ofisi açılıb, divarlarına da Öcalanın portretləri vurulub. Moskvada Bərzaninin də rəsmi nümayəndəliyi var və Rusiyanın İraq Kürdüstanı ilə əlaqələri də kifayət qədər möhkəmdir. Rusiya İraq kürdlərinin müstəqillik həvəsinə neqativ baxmır və Suriya kürdlərinin muxtariyyət tələbinə isti yanaşır.
Ərdoğan indi ciddi cəhdlə çalışır ki, ölkənin cənub sərhədlərində boydan boya kürd qurşağı yaranmasın, çünki bu halda Türkiyənin Ortadoğu coğrafiyası ilə fiziki əlaqəsi kəsilmiş olur. Yəni vəziyyət qəlizdir və bu durumdakı Türkiyə Qarabağ münaqişəsinin həllinə qarışa bilməz, bu prosesdə sadəcə, Rusiyaya uğur arzulaya bilər.
Uzun sözün qısası, biz başımızın çarəsinə baxmalıyıq, romantik Ənvər paşalar dövrü çoxdan bitib. Lakin Azərbaycanın apardığı siyasət də ümidli olmağa əsas vermir və Türkiyənin siyasətinə çox bənzəyir. (Ya da əksinə, Türkiyənin siyasəti Azərbaycanın siyasətinə bənzəyir.) Bizimkilər də Qərbdən gələn basqıları (siyasi məhbus və insan haqları məsələləri ilə əlaqədar) Rusiya amili ilə neytrallaşdırmağa çalışırlar, amma digər tərəfdən, Qərbdən tam qoparaq Rusiyaya sığınmağın etibarlı seçim olmadığı da məlumdur. Dalan vəziyyəti...