

Dünyada 1,8 milyarddan çox insan güclü daşqınlar riski altındadır
İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub
Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
Daşqınlar onlarla insanın ölümünə səbəb olub
Böyük xərcə düşmək istəməyən sürücülərə tövsiyələr
Avtomobili sudan necə mühafizə etmək olar?
Texas suyun altında qalıb, çərşənbə və cümə axşamı dəhşətli leysan gözlənilir
Ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb
Sürüşmə nəticəsində 24 körpünü dağılıb
5 ildən çox sürülən avtomobilin altındakı rezin kipkəclər yoxlanılmalıdır
500-dən çox avtomobil yolda qalıb
Kəndlilər qan ağlayır, nazirlik deyir qorxusu yoxdur
Mundialda uduzmağı faciə hesab edənlər təbii fəlakətlə qarşılaşdı
Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub
«The İndependent» yeni elmi araşdırmaya istinadən yazır ki, qlobal istiləşməyə görə bir milyardadək insan yurdundan didərgin düşə bilər. «The Lancet» məcmuəsində dərc olunmuş hesabatda bildirilir ki, adamların hərəkəti və temperaturun yüksəlməsi ciddi sağlamlıq böhranı yaradacaq.
Qlobal istiləşmə ekspertləri bildirirlər ki, iqlimin ekstremal dəyişməsi və yağışların azalması artıq indidən insanları yurdlarından köç etməyə vadar edir.
Bu da qeyd olunur ki, Suriya münaqişəsi də miqrant böhranını son dərəcə kəskinləşdirib.
Həkimlər deyirlər ki, miqrasiya insanların, xüsusilə də uşaqların psixikasına mənfi təsir göstərir.
Ekspertlərin fikrincə hökumətlər bu miqyasda insan köçünün öhdəsindən gəlməkdə çətinlik çəkə bilərlər.
Ən acınacaqlı hal isə budur ki, qlobal istiləşmə ilə yanaşı həm də ekologiyanın çirklənməsi sürətlə davam edir.
«The Lancet» məcmuəsinin hesabatının hazırlanmasında 24 təsisat iştirak edib.
Hesabatda deyilir ki, qazıntı yanacağının yandırılması nəticəsində 1990-cı illərdən bəri ətraf mühitin çirklənməsi 11, 2 faiz artıb.
Sənəddə bu da bildirilir ki, 2000 və 2016-cı illər arasında dünya boyunca 46 təbii fəlakət baş verib.
Bu müddət ərzində 125 milyon adam ekstremal istilərə məruz qalıb.
Havanın istiləşməsi həm də ağcaqanadların daşıdığı xəstəliklərin geniş yayılmasına səbəb olur.
«The Lancet» hesabatının həmsədri professor Hax Montqomeri (Hugh Montgomery) deyib ki, bəşəriyyət qlobal istiləşməni hələ indi-indi hiss etməyə başlayıb.