Trampın qızı 15 yaşlı Reyhan Camalovanı tərifləyir
«Bu gənc yaşında yağış suyundan enerji hasil edir...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«İvanka Tramp layihəmizi çox bəyəndi»
Reyhan Camalova: Gözlədiyimdən bəlkə min qat belə çox gözəl idi
-
... Burakın yaxasını burakmayan qızlar
İvankanın heyran olduğu Reyhanlar və ...
-
ABŞ prezidentinin başını ağrıdan proje
Mosvadakı «Trump Tower»in yerində «Agalarov Tower» ucalacaq, layihədə İvankanın da adı keçir
-
«Növbədə 11 yaşlı Barron Trampdır!»
ABŞ prezidentinin kürəkəni Kuşner Nümayəndələr Palatasında ifadə verir
-
Kuşnerin sirli işləri
Donald Trampın kürəkəni ABŞ xüsusi xidmət orqanlarından gizli rabitə xətti qurmaq istəyib
-
Ağ Evin «ağ atlı» şahzadəsi
Trampın şanslı kürəkəni barədə bilinməyənlər…
-
İvankanın iştirakı ilə…
...Donald Trampla İlham Əliyev arasında telefon danışığı
-
Trampın ailə sirləri
Prezidentin uşaqları barədə susduğu 7 fakt
-
İvanka Tramp - ABŞ-ın birinci qızı
Onunla içiləcək bir fincan qəhvənin dəyəri 50 min dollardan bahadır
-
On beş yaşlı azərbaycanlı Reyhan Camalovanın ixtirası Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində təmsil olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp çıxışı zamanı Azərbaycandan olan Reyhan Camalovanın nailiyyətini təqdirəlayiq hesab edib: «Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – «Hər dəfə bir evi işıqlandır.» Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm».
Qeyd edək ki, Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.
Qeyd edək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. Reyhan Camalova və onunla birlikdə gedən Leyla Tağızadənin səfərini, iştirak xərclərini ABŞ Dövlət Departamenti ödəyib.