
Çarli Kirk sui-qəsdində yeni detal
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Belarusda 52 məhkum əfv edildi
Məhkum ittihamları rədd etdi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
ABŞ prezidenti Barak Obamanın Rusiya ilə gizli sövdələşməsinə dair qalmaqalı daha da qızışdıracaq yeni məxfi məlumatlar sızdırılıb.
Virtualaz.org xəbər verir ki, bu dəfə «The New York Times» qəzeti Trampın kürəkəni Cared Kuşnerin prezident seçkilərindən sonra Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla xəlvəti görüşərək ona gizli plan təqdim etdiyini yazır. Bu barədə qəzetə həmin görüş barədə detallardan xəbərdar olan mənbələr məlumat veriblər.
Xəbər verildiyi kimi Cared Kuşner iki gün əvvəl Tramp-Rusiya gizli işbirliyi ilə bağlı Konqresdə aparılan təhqiqatda ifadə verməyə dəət edilib. Təhqiqat komissiyasını onun Rusiya səfiri ilə prezident seçkilərindən sonra baş tutmuş iki görüşünün mahiyyəti maraqlandırır.
İndi qəzet yazır ki, həmin görüşdə Trampın komandası ilə Moskva arasında Amerika xüsusi xidmət orqanlarının nəzarətindən kənar məxfi rabitə kanalının qurulmasından sohbət gedib. Cared Kuşnerlə Sergey Kislyakın görüşü Nyu-Yorkdakl «Trump Tower»də baş tutub. Həmin görüşdə Trampın keçid komandasının üzvü və gələcək milli təhlükəsizlik müşaviri (cəmi 1 ay sonra istefaya göndərildi) Maykl Flinn də iştirak edib.
Görüş barədə məlumat verən üç ayrı mənbə deyib ki, Moskva ilə Trampın komandası arasında məxfi rabitə kanalının qurulması ideyasını birinci kimin irəli sürdüyü məsələsi tam qəti deyil. Lakin ideyaya görə bu rabitə kanalı vasitəsilə general Flinn Moskvadakı yüksək vəzifəli hərbi rəsmilərlə birbaşa əlaqə yaradıb Suriya və digər məsələləri müzakirə edə bilməliydi. Mənbəər həmin kanalın heç vaxt yaradılmadığını deyiblər. Çünki Tramp prezident səlahiyyətlərinin icrasına başlamağa imkan tapmamış onun və komanda üzvlərinin Rusiya ilə əlaqələri, Kremlin Amerika seçkilərinə Trampın xeyrinə müdaxiləsi barədə həm xüsusi xidmət orqanları, həm Konqres təhqiqat başlatmışdı.
Cared Kuşnerin Kislyakla görüşü əvvəlcədən şübhə doğurub. Çünki bu görüş FTB-nin Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdırdığı bir vaxtda baş tuturdu. Keçmiş və indiki amerikalı rəsmilər qəzetə deyiblər ki, Cared Kuşner də Trampın özü və komandasının bir çox üzvləri kimi təhqiqat obyektidir. Lakin Kuşnerin barəsində hələlik cinayət təhqiqatı aparılmır.
Habelə məlum olub ki, Kilsykala görüşün baş tutduğu günlərdə kürəkən rusiyalı bankir Sergey Qorkovla da görüşübmüş. Qorkovun prezident Vladimir Putinlə yaxın münasibətləri var.
Məlumata görə gizli rabitə kanalı Rusiya səfirliyi üzərindən həyata keçirilməliydi ki, Amerika xüsusi xidmət orqanları danışıqları qeydə ala bilməsin. «The Washington Post» bildirir ki, gizli rabitə kanalı haqda təklifi məhz Kuşner edib və səfir Kislyak üçün bu, çox gözlənilməz olub. Amerika xüsusi xidmət orqanları həmin müzakirələrdən bir neçə ay əvvəl xəbər tutub, lakin Kuşnerin səfirlə söhbətinin hansı yolla ələ keçirildiyi haqda danışılmır.
O da məlum olub ki, Trampın prezident seçilməsindən əvvəl və sonra onun kürəkəninin Rusiya səfiri ilə ən azı iki telefon söhbəti də baş tutub. Bu danışıqlarda iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanlarından danışılıb.
Hazırda Konqresin iki kəşfiyyat komitəsi Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və Trampın ruslarla əlaqəsi barədə paralel təhqiqat aparır. Bu təhqiqat son günlər daha da intensivləşib. Trampın FTB direktoru Ceyms Komini Rusiya ilə bağlı təhqiqatı dərinləşdirdiyinə görə işdən azad etməsi onun nəsə gizlətdiyinə dair şübhələri daha da artırıb. Bu həftə Senatın kəşfiyyat komitəsi Trampın seçki kampaniyasının xəzinədarlığından tələb edib ki, 2015-ci ilin iyunundan bəriyə aid bütün sənədləri, o cümlədən elektron yazışmaları və telefon danışıqlarını təqdim etsin. Bu sorğu respublikaçı senator Riçard Barr və demokrat senator Mark Uornerdən daxil olub.