Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:53 | 25 iyul 2017 | Çərşənbə axşamı
Məqaləyə 2846 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ən yaxın müşavirlərindən biri olan Cared Kuşner Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat çərçivəsində Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmələrdə ifadə verir.
Kuşner bundan bir gün öncə Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmə zamanı ifadə verib. Dinləmədən sonra o, Ağ Evdə verdiyi bəyanatda Rusiya ilə 2016-cı il prezident seçki kampaniyası zamanı hər hansı qeyri-müvafiq kontaktı olmadığını bildirib.
«Mən Rusiya ilə heç bir sözləşməyə getməmişəm, nə də ki kampaniyada bunu edən heç bir şəxsi tanımıram. Mən öz biznesimdə Rusiya fondlarından istifadə etməmişəm və lazım olan informasiyanın təqdim edilməsində mən tamamilə şəffaf olmuşam», Kuşner bildirib.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Tvitter səhifəsində yazdığı mesajında Kuşnerin bəyanatından razılığını ifadə edib.
«Cared dünən ruslarla heç bir sözdələşməyə getmədiyini sübuta yetirə bildi. İfritə ovu. Növbədə 11 yaşlı Barron Trampdır!», Tramp yazıb.
Cared Kuşner Senatda ifadə verməzdən əvvəl açıqladığı 11 səhifədən ibarət yazılı bəyanatında keçən il prezident seçki kampaniyası və ondan sonra Rusiya rəsmilərilə görüşdüyünü, lakin heç bir xarici hökumətlə hər hansı bir sözləşməyə getmədiyini bildirib.