Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
20:21 | 9 mart 2018 | Cümə
Məqaləyə 2770 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Si Cinpinin varisi kim olacaq?
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Çin ABŞ-ı iqtisadi qarşıdurma ilə təhdid edir, Avropa İttifaqı və Yaponiya Dünya Ticarət Təşkilatına şikayətlənir, Kanada məmnundur. Trampın tətbiq etdiyi yeni tariflər nə ilə nəticələnəcək?
«Euronews» xəbər verir ki, polad və alüminium idxalına tətbiq olunan yüksək rüsumlar ABŞ-a beynəlxalq arenada sərt həmlələr və Amerika məhsullarının ixracı ilə bağlı problemlər vəd edir.
ABŞ Prezidenti Donald Tramp martın 8-də metallurgiya sənayesi nümayəndələrinin qarşısında təntənəli şəraitdə polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz rüsum tətbiq edilməsi barədə fərman imzalayıb. Ağ ev bu addımın daxili bazarı qorumaq məqsədilə atıldığını bildirib. Bunun cavabı özünü çox gözlətməyib.
Fransanın iqtisadiyyat naziri Bruno Le Mer «Twitter» səhifəsində ticarət müharibəsində qalibin olmadığını yazıb. O, Avropa İttifaqındakı tərəfdaşları ilə birgə ABŞ-ın fəaliyyətinə qarşı layiqli cavab hazırlamağı vəd edib.
Vaşinqtona qarşı mümkün addımlardan biri kimi Dünya Ticarət Təşkilatına şikayət edilməsi qeyd olunur. Aİ, Cənubi Koreya və Yaponiya ABŞ rüsumlarını bu təşkilatda müzakirəyə çıxarmaq niyyətindədir. Eyni zamanda, Yaponiya hökumətinin katibi Yosihide Suqa Gündoğar ölkəni yeni rüsumlardan azad etmək üçün ABŞ-a müraciət ünvanlamağa söz verib.
«Ağ siyahı» artıq peyda olub. Hələlik buraya Meksika və Kanada daxildir – Vaşinqton bu dövlətlərlə azad ticarət üzrə Şimali Amerika sazişinin daha sərfəli şərtləri barədə razılığa gəlməyə çalışır. Ottava bu qərarı daha təbii hesab edir. Kanadanın xarici işlər naziri Hristi Frilandın sözlərinə görə, «ölkəsinin ABŞ-ın təhlükəsizliyinə hər hansı bir təhlükə daşıması təsəvvür oluna bilməz». O, gələcəkdə Kanada məhsullarına bu cür rüsumların tətbiqinin mümkünlüyünü tam istisna etmək üçün hökumətin danışıqları davam etdirəcəyini bildirib.
Avstraliya da öz növbəsində «ağ siyahıya» salınacağı vədini məmnuniyyətlə qarşılayıb. Baş nazir Malkolm Törnbull hesab edir ki, ABŞ-ın Avstraliya ilə ticarət balansı nəzərə alınsa, öz tərəfdaşının məhsullarına rüsum tətbiq etməsi Birləşmiş Ştatlar üçün sərfəli deyil.