vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
14:21 | 24 yanvar 2019 | Cümə axşamı Məqaləyə 2378 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qürbətdəki “azadlıq”...

...Yaxud “ağ atlı oğlan”ı gözləyənlər

Aqşin YENİSEY

Xaricdə yaşayan azərbaycanlılar nə üçün vətəndə olduğundan daha azad yaşadıqlarını düşünürlər? 3 illik Türkiyə təcrübəmə və müşahidələrimə söykənərək deyirəm: bu cür düşünən insanlarımızın xarici ölkələrdə heç bir ictimai-siyasi sorumluluqları, öhdəlikləri yoxdur, onlar yaşadıqları ölkələrin marketlərindən başqa heç kimə lazım deyillər. Lazım olanları varsa, onlar da yaşadıqları ölkələrin mənfəətlərinin “lazım gəlsə”ləridir”.

Hətta qardaş Türkiyədə belə azərbaycanlılara ikinci, üçüncü sort insanlar kimi baxırlar, şəxsi dostluqları çıxmaq şərtilə. Onların azadlığı bu cür gizli aşağılanmanın nəticəsidir. Əgər sən çaşıb özünü türk vətəndaşının yerinə qoysan və buradakı ictiami-siyasi məsələlərdə tərəf kimi çıxış etməyə başlasan, əmin ol ki, Azərbaycanda olduğundan daha sərt basqı ilə üzləşəcəksən. Necə ki, bu yaxınlarda ABŞ-da yaşayan bir soydaşımız özünü işlətdiyi kafedə bir balaca ABŞ vətəndaşının yerinə qoymaq istədi və həmən vurub öldürdülər. Xarici ölkədəki azadlıq hissi məsuliyyətsizlik hissinə qoyulan başqa bir addır.

Ankarada tanıdığım bir çox azərbaycanlıya verdiyim “Azərbaycana qayıdacaqsanmı?” sualına, demək olar ki, hamısını eyni cavabı verir: “Vəziyyət yaxşılaşandan sonra”.

“Ağ atlı oğlan” təfəkkürü. Əksəriyyəti vətəndə hansısa bir məsuliyyətin altına girmək istəmir, burada isə onları məsuliyyətə yaxın buraxmırlar. Buradakı ikinci, üçüncü sort insan azadlığı, yaşadıqları ölkə qarşısında heç bir məsuliyyət hiss etməmələri, onlarda “beş günlük dünya” avaraçılığını fəlsəfi ideologiya səviyyəsinə qaldırıb. Daş binaların arasında daş dövrünün insanları kimi ancaq yeyəcək və yatacaq haqqında düşünə-düşünə gəzib-dolaşmaq - budur qürbətdəki azadlıq! Belə bir azadlıqla fəxr etmək üçün adamın gərək yeddi arxadan dönənində bir kölə geni gəlsin.

İkinci bir yol da var, onu bizə rəhmətlik Lütfizadə göstərdi; getdiyin ölkədə başını aşağı salıb işinlə məşğul olacaqsan, səsin çıxmayacaq, öləndən sonra azadsan, harda istəsən orda basdırarıq.

Bayaq oxuyuram ki, Fransa hökuməti sarıjiletlilərin liderini həbs edib. Fransaya bir də o adamın gözü ilə baxmaq lazımdı.

Nəsə, gedim ıhlamurumu içim!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)