vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏHİYYƏ, ORDU  
15:45 | 9 fevral 2022 | Çərşənbə Məqaləyə 1137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı dərmanları pulsuz əldə edə bilərik?

Sığorta ödəyənin yararlana biləcəyi xidmətlər ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkədə bir sıra xəstəliklər var ki, onların müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfinə uyğun olaraq qarşılanır. Yəni, həmin xəstələr nə müalicə prosesi üçün, nə də dərman vasitələrinin alınması üçün əlavə xərclə üzləşirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədova deyir ki, bu xidmətlərdən icbari tibbi sığorta ödəyən hər kəs yararlana bilər. Ancaq ambulator müalicə üçün və həkim resepti əsasında təyin olunan dərmanlar ödənişsiz deyil.

Aynurə Əhmədova həmçinin bildirir ki, müharibə iştirakçıları, şəhid ailələri üzvləri və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardım məqsədilə təyin olunan dərmanlar da Agentlik tərəfindən qarşılanır.

Bundan başqa, hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, skleroz və qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların da dərman təminatı ödənişsizdir. Həmçinin uşaqlarda boy hormonlarının inkişafı ilə bağlı preparatlar da vətəndaşlara pulsuz verilir.