Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
01:41 | 8 yanvar 2017 | Bazar
Məqaləyə 3147 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
İlk dəfə antidepresantların fiziki yan təsirləri açıqlandı
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Avropada aparılan araşdırma dərman biznesinə ağır zərbə vurdu
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“DroomSap” epilepsiyaya səbəb ola bilər
On minlərlə insan alternativ müalicə üsulları yetərli olmadığı üçün dərmanları məcburi istifadə edir
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
205 nəfərdən üçdə biri 20 faiz çəki itirib
Epidemiyanın gedişini dəyişəcək “Lenacapavir” ucuz qiymətlə gəlir
2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir. Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır.
Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılmış, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni qara bazarı formalaşmışdır. Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtılə 50 manata olan albumin hazırda 110 manata,40 manata olan TAD 600 80 manata, 12 manata olan paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsində daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman peraparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əczaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər.