
İnfarkt yerini fərqli xəstəliklərə buraxdı
Biri getdi yerinə üçünü gətirdi
Biri getdi yerinə üçünü gətirdi
Antidepressant istifadə edənlər üçün “həddindən artıq istilik” təhlükəsi
Milyonlarla insanın istifadə etdiyi reseptsiz dərmanlar yığışdırılır
Arıqlama həbləri istifadə edən qadınlar üçün xəbərdarlıq
65 yaşlıdan yuxarı insanlarda mədə, ürək və böyrək problemlərini artırır
Ağ qan hüceyrələrindən gizlənən virusu tapmağı üsulu kəşf olundu
Hormon dərmanının yan təsiri şişə səbəb oldu
1 milyon avro dəyərində xərçəng dərmanı oğurlanıb
Xərçəngin dərmanını tapan şirkət zərərlə işləyir
Hollandiyada ağrı kəsici yerinə narkotik göndərilən 30 yaşlı adam ölüb
Avropa səhiyyəsindəki təhlükəli boşluq müdafiə siyasəti strategiyasının ən böyük zəifliyidir
Maya dəyəri 68 manat ola bilər
Əvvəlkindən 3 dəfə bahalaşıb
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
Sığorta ödəyənin yararlana biləcəyi xidmətlər ...
«Bütün daxilə qəbul edilən həblər kimi kontraseptivlərin də xeyri ilə yanaşı ziyanı da var»
«The Telegraph» yazır ki, minlərlə infarktın və xərçəng ölümlərinin qarşısını alacaq möcüzə preparat növünün hazırlandığı elan edilib.
Yeni dərmanlar infarktların qarşısını 25 faiz, xərçəng şişlərinin qarşısını isə yarıbayarı ala bilir. Bu preparatlar həm də podaqra və artritlərin qarşısına ala bilir.
Məqalədə deyilir ki, milyonlara insana ürək qüsurları riskinin qarşısının alınması üçün statinlər verilir, halbuki infarkt keçirənlərin yarısında yüksək xolesterol qeydə alınmır.
Alimlər aşkar ediblər ki, orqanizmin iltihabdan qorunması xərçəng xəstəlikləri də daxil bir sıra fəsadların qarşısını ala bilər.
«Canakinumab» (oxunuşu: kanakinumab) adlı preparat təkrar infarktların qarşısını 25 faiz alır, halbuki statinlər üçün bu rəqəm 15 faizdir.
Müalicə zamanı bu preparat üç ayda bir dəfə iynə ilə vurulur.
Preparatın xərçəng xəstəliklərinin qarşını alması mexanizminin bundan sonra da öyrənilməsi qərara alınıb.
Öz kəşfini Barselonada keçirilən konfransda təqdim edən Harvard professoru Pol Ridker (Paul Ridker) deyib ki, bu preparatlar ürək xəstəliklərinə qarşı üçüncü cəbhənin açılması deməkdir. Alim pəhriz saxlanmasını və siqaretin tərgidilməsini birinci cəbhə, xolesterola səbəb olan lipidlərin azaldılmasına kömək edən statinlərin kəşfini isə ikinci cəbhə hesab edir.
Dərmanın sınaqdan çıxarılması üçün iltihabın qarşısını alan «canakinumab» preparatını 10 min infarkt keçirmiş könüllüyə veriblər.
Bu zaman nəzərə alınmışdı ki, statin qəbul edən xəstələrdə beş ilin içərisində növbəti infarkt baş verə bilər.
Dörd illik araşdırma zamanı aşkar edilib ki, yeni dərman ürək infarktının qarşısını 24 faiz, anginanın qarşısını isə 17 faiz alır. Preparatın xərçəng ölümlərini 51 faiz azaltdığı məlum olub.
İltihab normal halda orqanizmin infeksiya və zədələrə reaksiyasıdır. Lakin iltihab həm də infarkt və insultun baş verməsində böyük rol oynayır.
Ekspertlər deyirlər ki, yüksək səviyyədə iltihab yaşlanma, xərçəng, revmatoid artrit, osteoartroz və podaqra ilə əlaqələndirilir. Sözü gedən dərmandan bütün bu deyilən proseslərin ləngidilməsində də istifadə oluna bilər.
Yeni müalicə növü interleykin 1 deyilən immun sisteminin qismən bloklanması üsulu ilə aparılır. Belə müalicə bir xəstəyə bir ildə 50 min dollara başa gəlir. Müqayisə üçün statinlərlə (aspirinlə) müalicənin qiyməti ilə 30 dollar təşkil edir.
Lakin ekspertlər ümid edirlər ki, müalicənin daha geniş miqyas alması onun qiymətini endirə bilər. Üstəlik əvəzində bu müalicə milyonlarla dollar dəyərində şuntlama və başqa ağır cərrahiyyələrə ehtiyac qoymayacaq.