
Neft hasilatın artması xəbəri ilə düşür
OPEC+ həftə sonu görüşəcək
OPEC+ həftə sonu görüşəcək
“OPEC+”un qərarı qiymətlərə təsir edir
Neft son iki ilin ən böyük həftəlik enişinə doğru gedir
Qara qızıl ABŞ-dan tələbin artmasına və atəşkəslə bağlı narahatlıqlara görə yüksəlir
Qara qızılın qyməti atəşkəs xəbərləri ilə 4 faiz düşdü
“Neftin qiymətini artırmayın, hamınızı izləyirik”
Bazar qoxunu həmən hiss edir
İranın boş əraziyə raket atması neft qiymətlərinə mənfi təsir etdi
Trampdan neft çağırışı
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
ABŞ-ın İranın nüvə obyektlərini vurmasından sonra birjalar şökür
“JPMorgan” İran rejimiylə əlaqədar neft qiymətləri ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında ABŞ-İran gərginliyi
Qiymətin 110 dollara çata biləcəyi barədə xəbərdarlıq
ABŞ-ın hücumunun neft bazarına təsiri
Ağ Ev qiymətlərin “fontan” vuracağından ehtiyat edir
“G7” ölkələrinin Rusiyadan neft idxalına qadağa ilə bağlı razılığa gəlsələr də Avropa İttifaqı bu məsələdə Macarıstanın mövqeyinə görə razılıq əldə edə bilmədi.
Belə ki, Macarıstanda limanlar olmadığına görə ora başqa ölkələrdən gəmilərlə neft idxalı mümkün deyil. Boru kəmərləri isə demək olar ki, Rusiyadan çəkilib. Buna görə də nisbətən ucuz qiymətə və uzun müddətli Rusiya ilə müqavilə imzalanıb. Belə şəraitdə sanksiyalara qoşularaq Rusiya neftindən imtina etmək Macarıstan siyasi hakimiyyətinə baha başa gələ bilər. Buna görə də Macarıstana güzəştlər edilərək digər Avropa ölkələrinin sanksiyalara qoşulacağı gözləniləndir.
Rusiyadan daha çox asılı olan “G7” ölkələri isə Almaniya və İtaliyadır. Daha sonra Fransa gəlir.
Böyük Britaniya isə onlarla müqayisədə xeyli az asılı olsa da, müharibə başlayandan bu günə qədər Rusiyadan 276 milyon dollar həcmində neft idxal edib. Onun qaz asılılığı isə cəmin 4-5 faizdir. Hazırda isə bunun da tamamilə dayandıracağını bildirilər.
“G7”nin yeganə Asiya ölkəsi olan Yaponiyanın neft idxalında Rusiyadan asılılığı 3.3 faiz, təbii qaz asılılığı isə 8.8 faiz təşkil edir.
Atlantik okeanını qərb sahilində olan iki “G7” ölkəsində isə Rusiyadan asılılığından qurtarmaq daha asandır. 2021-ci il ərzində Kanada Rusiyadan cəmi 290 milyon Kanada dolları həcmində enerji məhsulları idxal edib. ABŞ dolları ilə bu cəmi 230 milyon dollar deməkdir.
Amerika da nisbətən neft məhsulların idxalında Rusiyanın payı çox olsa da, onlar martın 6-dən etibarən artıq embarqo tətbiq ediblər. Belə ki, neft məhsulları idxalının 20 faizi, xam neftin isə 3.3 faizi Rusiyadan alınırdısa, artıq proses tamamilə dayandırılıb.
Beləcə, dünya bütün cəhdlə Rusiyanın müharibəni davam etdirməməsi üçün maliyyə kanallarını və gəlir mənbələrini qapatmaqda israrlıdır. Nəzərə alaq ki hər müharibə günü Rusiyaya bir milyard dollara, daha dəqiq desək, 900 milyon dollara başa gəlir. Valyuta ehtiyatları dondurulmuş Rusiyanın cari gəlir mənbələrinin də qapadılması bu ölkəyə gündə bir milyard xərclədiyi müharibəni davam etdirə bilməsi üçün bir müddət sonra ciddi maliyyə problemləri yaradacaq.