

2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
Avropalı rəsmilər Kremli enerjidən silah kimi istifadə etməkdə ittiham ediblər
Ukraynada gücü 13 min meqavatdan çox 15 bloklu 4 AES var
Müxalifıət Avropa yolunda ən böyük maneənin Bidzina İvanişvili olmasına əmindir
Zelenski sammitin qərarını münasibətlərdə unikal an adlandırıb
Qətər Avropaya tələb qoyub
“Qarşıdan gələn qışı daha çətin edəcək”
“Qısa müddətdə namizəd statusu vermək onsuz da inqilab olar”
“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”
Robert Sekuta: “Rusiya illər ərzində uzanmış münaqişələrdən təsir göstərmək məqsədilə istifadə edib”
“Biz onların bizimlə birlikdə Avropa xəyalını yaşamalarını istəyirik”
“Putin deyə bilməz ki, bax, sizi orada istəmirlər”
“Ukraynalılar “Avropa arzusu” uğrunda “ölməyə hazırdır””
İnqilab ehtimalını da istisna etmək olmaz
Avropa Komissiyası ilin sonuna kimi Ukrayna və Moldovanın vəziyyətini dəyərləndirəcək
İsrail və Misir Avropaya qaz verəcək
Bu gün Bakıda Azərbaycan Avropa İttifaqı Biznes Forumu keçirilir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 45 faizindən çoxu Avropa İttifaqının payına düşür. Bu ilin ilk rübündə Azərbaycan ixracatının 48.8 faizi İttifaqa üzv olan İtaliyaya göndərilib. İttifaqın Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin üçdə ikisi isə Azərbaycanın payına düşür.
Tərəflər arasında münasibətlərin daha da dərinləşməsi İttifaq ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər.
500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır.
Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir.
Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kub metr təbii qaz hasil edilib. Qazın 3,5 milyard kub metri AÇG-dən, 6,4 milyard kub metri “Şahdəniz”dən, 1,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil edib. Türkiyəyə 2,2 milyard kub metr, Avropaya 2,6 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox qaz nəql olunub. Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isə 2.4 dəfə artıb.
Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək.