19 May – Türklüyün şərəf günü
Mustafa Kamal Atatürk: “Biz Türklər, ordusu olan bir millət deyil, milləti olan bir orduyuq”
Elxan ZAL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Həyatda ən doğru yol göstərən elmdir”
Antalyada Böyük Zəfərin 100 illiyi münasibətilə konqres keçirilib
-
“Zəfər əldə etmədən dönmə, Mustafam”
Böyük Qələbə dastanının son hekayəsi səhnələşdirilib
-
SSRİ-Türkiyə müharibəsinin qarşısı necə alındı?
Rəsulzadə Ankarada bütün türk dünyasından olan mühacirlərə sözü keçən şəxs idi
-
“Effektiv zərbə”
Türkiyə Əsəd qüvvələrini vurdu
-
Türkün əzmi
Çanaqqala – mübarizə, igidlik dastanı
-
İsmət İnönü necə prezident oldu?
Bilinməyən tarix
-
Atatürk necə prezident seçildi?
Türkiyə Cümhuriyyətinin yarandığı dövrdəki təlatümlərə qısa baxış…
-
“TAP-ı işə salmağa hazırıq, amma...”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
-
“… Ümumavropa layihəsidir”
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
-
“Moskva bilir ki, …”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
-
“Türkiyə ən ucuz qazı TANAP-dan alacaq”
12 iyunda böyük açılış gözlənilir
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib
Azərbaycan Prezidenti Atatürkün məzarı önünə əklil qoyub
-
İslam aləmində qadına münasibət dəyişir
Atatürkün 100 il əvvəl qurduğu cəmiyyəti Şərq aləmi indi başa düşür
-
Ərdoğan istefa verməyə hazırdır
Əgər ofşordakı milyonları sübut olunsa…
-
«Bu FETÖ-nün metoduna oxşayır»
Türkiyə «NATO məmuru»nun cəzalandırılmasını tələb edir
-
Qərbin məkrli planı
Ərdoğanı bəhanə edib Türkiyənin ürəyini nişan alanlar
Yüz il öncə Səlibçilər 1000 illik arzularına çatdılar, İslam xilafəti çökdü və Antanta dövlətləri Osmanlı mirasının canına qurd kimi daraşdılar. Bölgüdə yalnız Rus imperiyası iştirak edə bilmədi, çünki orada inqilab baş vermiş və Rusiyanın Antanta müttəfiqləri yeni yaranan Sovet dövlətinin düşmənlərinə çevrilmişdi. Buna görə bölgüdə Rusiyaya çatacaq İstanbulu İngilis və Fransız qoşunları işğal etdilər. Çarəsiz Osmanlı hökumətinin imza qoyduğu Sevr müqaviləsinin sərtlərinə görə Anadoluda türk dövləti üçün kiçik bir ərazi ayrılacaqdı.
Keçmiş imperiya təbəələrinin demək olar ki, hamısı, yunanlar, ermənilər, hətta ərəblər də düşmənin tərəfindəydi və can verməkdə olan nəhəngin leşinin üstünə qonmuş quzğun dəstəsinə qoşulmağa çalışırdılar. Böyük İstanbul müticəsinə boynunu bükmüşdü.
Bax onda, nəhəng Osmanlı ağacının tale rüzgarı tərəfindən yıxıldığı bir zamanda, bu təslimlə razılaşmayan general Mustafa Kamal və məsləkdaşları Osmanlı dönəmində heç də hakim etnos sayılmayan türk xalqına, Anadolu camaatına müraciət etdilər və Anadolu, türk dövlətinin ana dölü, ana bətni övladlarını xilaskar komutanın sərəncamına, Qurtuluş savaşına göndərdi. Bu vətən övladlarının topu-tüfəngi yox idi, Osmanlı ordusu da dağılmışdı, ölkənin çox yeri düşmən qüvvələr tərəfindən işğal olunmuşdu. Hətta “milləti-sadiq” ermənilər də türk torpaqlarında at oynadır, silahsız müsəlmanların qanını tökərək gələcək “erməni dövlətinə” meydan hazırlayırdılar.
Anadolu insanının, türk insanının silahı olmasa da, sinəsində türk ürəyi və içində böyük iman vardı. İstanbul elitasından fərqli olaraq, onlar türk olduqlarını heç vaxt unutmamışdılar. Haradan gəldiklərini, haraya getdiklərini yaxşı bilirdilər. Dünya savaşının bütün ağrı-acılarını illərlə canında daşımış qurd misallı Analar oğullarını müqəddəs savaşa, – “Savaş türkün düyünüdür” alqışı ilə göndərdilər.
Qeybdən gələn göy yalmanlı bozqurd kimi türklərə bələdçi olan Mustafa Kamal paşa onlara, savaş mələyi ilə əylənməyə gedən oğlanlara ölməyi əmr elədi və onlar dədələri Kürşad və qırx atlısı kimi, bu torpağa ölüm gətirən, çəyirtkə kimi hesabsız düşmənlərin üzərinə getdilər. Minlərlə öldülər, amma yenilmədilər, çünki bilirdilər ki, Tanrı bu milləti zalımları yenmək üçün yaradıb. Savaşdılar və yendilər, çünki onlar qələbə üçün doğulmuşdular.
Bu savaşda Azərbaycandan gedən minlərlə könüllülər də onlarla çiyin-çiyinə vuruşdular. Onlar Tanrıdan gələn bir fəhmlə hiss edirdilər ki, türk millətinin və İslam ümmətinin ölüm-qalım məsələsi dağılmış Osmanlı əzəmətinin xarabalıqları üzərində həll olunur. Böyük Moğol dövlətinin yadigarları, Hindistan müsəlmanları, indiki Pakistan dövlətinin ərazisində yaşayan insanlar da İstiqlal savaşına öz töhfələrini verdilər. Zamanın ən böyük şairlərindən və fikir adamlarından olan Allamə Məhəmməd İqbal Qurban Bayramı münasibətilə Lahorda tarixi Badşahi Camisində bayram namazı qılmaq üçün toplaşmış 250 min insan qarşısında türk xalqının azadlıq mübarizəsini dəstəkləyən bir xütbə söylədi: "İslamın hər tərəfində duçar-ı hezimet olan sancaqları Anadoluda toplanmışdır. Qardaşlarım, dua edək ki, o bayraq o bürclərdən qiyamətə qədər düşməsin. İslamın günəşi qaralmasın, Tanrı müsəlmanları xristianlara qarşı müdafiə edən böyük lider Mustafa Kamala yardım etsin. İslamın son əsgərlərini müzəffər qılsın”. Bu xütbədən sonra Hindistan müsəlmanlarının tarixi “Mustafa Kamala yardım” kampaniyası başladı.
Türk xalqının başlatdığı böyük qazavat öz bəhrəsini verdi, şəhadət duyğusunu şərbət kimi içənlər Anadolunu da qorudular, üstəlik İstambulu da.