vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DİGƏR NÖVLƏR  
02:10 | 9 may 2022 | Bazar ertəsi Məqaləyə 1454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ferstappen başqa səviyyədir

“Ferrari” ciddi səhvlə bəlkə də, qələbəni əldən qaçırdı

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Maks Ferstappen bu gün əla yarış qazandı. Tras üzərində 3-cü dəfə Lekleri keçdi. Qarşı tərəf isə ona cavab verə bilmədi. Bu başqa səviyyədir. Artıq psixoloji üstünlüyü tamamilə əlinə götürür. Lekler onunla hələki ayaqlaşa bilmir.

Keçək “Ferrari”yə. Deməli VSC elan olunub. Leklerin itiriləsi heç nəyi yoxdur. 7 saniyə Ferstappenə uduzur, 18 saniyə Saynsdan öndədir. SC elan olunmadan al Lekleri pitə və tax Mediumları. Bəlkə, o anda düşündülər və qorxdular ki, Medium təkərlər tez öləcək, amma ölsün. Bu riski et də. Onsuz da geridəsən. Onsuz da istənilən halda, Lekler ikincidir. Niyə qorxursan axı? “Ferrari” ciddi səhvlə bəlkə də, qələbəni əldən qaçırdı. 

Karlos Saynsa afərin düşür. Peresi buraxmadı və Leklerin Ferstappenlə mübarizədə işini asanlaşdırdı. Özü isə yenidən podiuma qayıtdı.

Rassel də tərifə layiqdir. Komandası çağırsa da, pitə gəlmədi. Dedi bəlkə, SC girdi? Bunun nəticəsində növbəti dəfə yeddiqat DÇ komanda yoldaşını geridə qoydu. Deyəsən Rassell Hammeri əzib “metalolom”a göndərəcək.

Hamilton isə ədalətsiz strategiya deyib ağlamasın. Onsuz da SC-dən Rasseldən geridə idi əvvəl.

Keçək Alonsoya. Niyə cəza gəldi ki? Orada da cəza gəlirsə, yarışmasınlar da. Düzdür, pozitiv hücum idi, amma cəza artıq oldu. Yenə də xallar aldı. Afərin.

Günün adamı Fettel idi. Gözəl yarışdı. Arxada rəng qatdı. 

Mik Şumaxerə gəldikdə isə…. Əmisi Ralf Şumaxerə Half Şumaxer deyərdilər. Mixaildən zəif olduğu üçün. İndi mən Mikə belə bir ad qoyacam, yaxşı çıxmayacaq.

Albon isə yenə Vilyamsa xal gətirdi. O da günün adamlarındandır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)