


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
Dünən bəlkə də, quru havada son 10 ilin ən yaxşı yarışlarından birini geridə qoyduq. Starta baxıram və orada ölüm-itim olmadısa, böyük şeydir. Təkcə pilot cəhətdən yox, marşal cəhətdən ola bilərdi. Karbon Fayber sıçrayıb, azarkeşlərin gözlərini kor edə bilərdi. Marşal ölümü isə məncə, daha faciəvi bir şeydir. Çünki pilot onsuz da bura gələndə ölümlü müqavilələrə imza atır. Qarşılığında milyonlar qazanır. Amma marşallar elə deyil. Çoxu könüllü kimi işləyir və hobbilərini həyata keçirirlər. Eynilə “Formula 1”ə gələn bir azarkeşin də zədələnməsi daha faciəvi bir hadisədir.
İndi keçək digər məsələlərə. Sayns son 10 ildə ilk poulundan başlayıb yarış qazanan ilk pilot oldu. Son dəfə bunu bacaran pilot 2012-ci il Barselonada Pastor Maldonado olmuşdu. Ondan sonra Rikkardo (2016 Monako) Bottas (2017 Bəhreyn), Lekler (2019 Bəhreyn), Verstappen (Macarıstan 2019), Norris (2021 Rusiya), Peres (Mayami 2022) pouldan başlasalar da, qələbə qazana bilməmişdilər. Saynsın qələbəsi buna görə xüsusi ola bilər. Bir də Alonsodan sonra qazanan ilk ispan sürücüdür. “Formula 1”də qazanan ikinci ispandır.
İndi keçək digər məsələlərə. Axı dünəndən bəri Lekler fanatları niyə adamın qələbəsini kiçildir? Adam yarış ərzində mükəmməl deyildi, amma sonda qazandı da. Yaxşı bəhanə tapıblar, Verstappenlə mübarizədə səhv etdi. Onda Lekleri gərək İmolada basdırardıq. O Pereslə mübarizədə səhv elədi
Leklerin ön qanadı zədəli idi? Girib dəyişərdi. Ön qanad dəyişdirilməsi 11-12 saniyədir. Peres etdi, Lekler də edərdi. Deməli komanda gördü ki, qanaddakı problem 11-12 saniyəlik itki vermir. Onsuz da ön qanaddakı problem ciddi olsa, lap get Sennanı qəbirdən çıxart gətir, o bu maşını sürə bilməz. Tamam, dünən “Ferrari” bəlkə də, xoşniyyətli formada səhv strategiya seçdi, amma bu Saynsın qələbəsini pisləmək üçün səbəb deyil.
Strategiyaya gəldikdə isə, “Ferrari” bəlkə düşündü ki, Hamilton girməz. Plan bu idi. Lekler öndə qalır və Sayns arxadan Soft təkərlə Hamiltona hücumlar edib, onun başını qatır. Lekler də 4-5 saniyə açıb uzaqlaşır. İşləsə 1-2 edəcəkləri yarış ola bilərdi. Amma Hamilton da gözlənilmədən pitə gəldi və bəlkə, Harada qalsa, yarışı udardı. Hamilton harada qalsa, Lekler və Sayns pit eləsə, Lekler sonra Hamltonu keçə bilərdi? Ortada belə haqq-hesablar var.
Dünən son 10 ilin bəlkə də, ən yaxşı yarışını izlədik. Verstappen olsa, belə olardı, Lekler olsa göyə uçardı, Filankəs olsa, salto vurardı. Qurtarın bu söhbətləri. Onda Rikkardonun 2017 Bakı qələbəsini əlindən alaq. Rosberqin 2015 Monakosunu əlindən alaq. Belə azarkeşlik olmur.
“Ferrari”də son 12 ildə neçə dəfə ikinci pilot qalib gəlib? Cavab bir dəfə. 2018-ci ildə Amerikada. O yarışda “Ferrari” ən sürətli maşın idi. Dünən isə “Ferrari” ən sürətli maşın deyildi.