

DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
DST-dən yeni çiçək xəstəliyi xəbərdarlığı
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Dünya Səhiyyə Təşkilatından Ukrayna xəbərdarlığı
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
Növbəti pandemiya elan olundu
58 ölkədə 3400-dən çox yoluxma
“Meymunçiçəyi COVİD-19 kimi narahatedici səviyyədə deyil”
Əksəriyyəti mavilər və biseksuallardır
Koronavirusun laboratoriyadan sızması versiyası araşdırılmalıdır
Meymunçiçəyi epidemiyası realdır
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
Meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görülmür
Öldürücülük səviyyəsi 1 faiz olan virus COVİD-19 kimi asanlıqla keçmir
Dünya Səhiyyə Təşkilatının (DST) bildirdiyinə görə, 58 ölkədə 6000-dən çox meymun çiçəyi xəstəliyi qeydə alınıb ki, onlardan 80 faizdən çoxu Avropadadır.
Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü Cenevrədən virtual mətbuat konfransında bildirib ki, DST-nin bu ayın sonunda bu xəstəliklə bağlı qlobal səviyyədə fövqəladə vəziyyət elan edib-etməməsini müəyyən edəcəyi gözlənilir.
“Mən virusun miqyasından və dünyada yayılmasından narahat olmağa davam edirəm”, – deyən Tedros və əlavə edib ki, testlərin olmaması səbəbindən bir çox yoluxma halları bildirilmir.
Afrikada endemik olan viral infeksiya normal olaraq yüngül keçir və qripə bənzəyir, lakin dəri zədələnməsinə səbəb ola bilir. Bu epidemiya may ayında başlayıb. Mövcud ştammın ölüm nisbətinin nə olduğu aydın deyil, lakin əvvəlki ştamlarda bu təxminən 1 faiz idi.
ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri P. Klaq cümə günü verdiyi açıqlamada deyib ki, virusun əksər halları 21-40 yaşlı, çoxu başqa kişilərlə cinsi əlaqədə olan kişilərdə aşkar edilib.
Lakin o əlavə edib ki, “az sayda hallar hazırda ailə üzvləri, heteroseksual təmaslar və qeyri-cinsi əlaqələr, eləcə də uşaqlar arasında da qeydə alınıb”.
“Associated Press” xəbər verir ki, ABŞ-da meymun çiçəyi xəstəliyindən ölüm halları qeydə alınmayıb.