Ebola epidemiyası böyüyür
Konqoda yoluxanların sayı 500-ü, ölənlərdə isə 130-u keçib
17:25 | 13 avqust 2024 | Çərşənbə axşamı
Məqaləyə 1022 dəfə baxılıb
Şriftin ölçüsü
Konqoda yoluxanların sayı 500-ü, ölənlərdə isə 130-u keçib
Avropa Dərman Agentliyindən hantavirus etirafı
Hollandiyada 12 səhiyyə əməkdaşı karantinə alındı
DST baş direktoru: “Narahat olduğunuzu bilirəm”
Test analizləri pozitiv çıxan Fransa vətəndaşının vəziyyəti ağırdır
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
3 nəfər öldü, 150 nəfər karantinaya alınıb; DST vəziyyəti izləyir
Nələri bilmək lazımdır?
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Dünya Səhiyyə Təşkilatı (DST) M çiçəyi virusunun bütün dünyada yayılmaqda davam etdiyi barədə xəbərdarlıq edib. Virusun həm insanlardan, həm də heyvanlardan keçə biləcəyi barədə xəbərdarlıq edən DST simptomların infeksiyadan 5-21 gün sonra ortaya çıxdığını vurğulayıb.
DST çiçək xəstəliyinin yayılması ilə bağlı 35-ci vəziyyət hesabatını dərc etdi.
“2024-cü ilin iyun ayında DST-ə 26 ölkədən ümumilikdə 934 yeni laboratoriya təsdiqlənmiş M-çiçəyi virusu hadisəsi və bununla bağlı 4 ölüm hadisəsi barədə məlumat verilib. Bu onu göstərir ki, virus bütün dünyada yayılmaqda davam edir”.
Hesabatda DST-nin Afrikadan 567, Amerikadan 175, Avropadan 100, Okeaniyadan 81 və Cənub-Şərqi Asiyadan 11 M-çiçəyinə yoluxma hadisəsinin qeydə alındığı vurğulanıb.
Hesabatda qeyd olunub ki, ölkələrdən DST-ə M-çiçəyinə yoluxma hadisələri ilə bağlı bildirişlər azalıb və hazırkı qlobal məlumatların faktiki hadisələrin sayından aşağı olduğu təxmin edilir.
Hesabatda Afrikadan yoluxmanın 96 faizinin Konqo Demokratik Respublikasından olduğu bildirildi.
***
M-çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən, yaxud yoluxmuş şəxslərdən keçə bilir. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və buna bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər.
Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur.
Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.