

“Mercedes”in ikiqat podiumu
“Mersedes”lərdə isə irəliləyiş yoxdur
Alman markası öz qazdığı quyuya düşdü
Mayamidən sonra podiuma, Melburndan sonra zirvaya
Yeddi yarışdan sonra podiumun zirvəsində
“Ferrari”nin qarajları bir-birlə mübarizə edir?
Daha bir şirkət Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir
3 komandanın fərqli sürücüləri podium uğrunda yarışacaq
Sabahkı yarışın favoriti isə Ferstappendir
Son 10 ildə ilk qələbə?
... Yaxud bu ilin ən yaxşı yarışı
... Yaxud Karlosa qələbə qazandıran 6 səbəb
Ferstappen və Sayns gözəl tamaşa göstərdi
Ferstappen təkcə qələbə qazanmadı, çempionluğunu elan etdi
Lekler ipini qıran öküz kimi idi
Hamiltonun qələbəsi Şumaxerdən daha çoxdur
Bu gün Mik Şumaxerin günü idi. O nə müdafiə idi elə? 11 il əvvəl İtaliyada atasının Hamiltona etdiyini bu gün o etdi. Sadəcə mükəmməl idi. İlk dəfə Mikin müdafiəsindən həzz aldım. Hamiıton isə artıq bəsit pilot olmağa doğru gedir. Keçən il Alonsonu keçə bilmirdi, indi Şumaxeri. Özü də onun maşını rəqiblərindən qat-qat üstün idi. 2019 və 2020-ci illərdəki rəqabətsizlik onu çox kütləşdirdi.
Verstappen gözlədiyimiz kimi rahatlıqla qazandı. Sabah da yarışa pouldan başlayacaq. Yarışı da problem olmasa, rahat udacaq. Peresin yüksəlişindən də gördük ki, “Red Bull” birbaş üstündür.
“Ferrari”lərə gəldikdə, Sayns bu gün ilk dəfə Leklerlə eyni tempdə getdi. Komanda gördü ki, Lekler artıq özünü axırıncı yerə qoyur və davamında təmas yaşana bilər. Buna görə də Saynsa komanda əmri verildi. Yoxsa Sayns böyük ehtimalla öndə bitirə bilərdi. Bunu Hamilton ya da Ferstappen etsə, azarkeşlər indi ikisini də tənqid atəşinə tutmuşdu.
Günün fiaskosu isə Alpin və Alonso oldu. Öldürməyən Allah Alpinlə sınayır. Çexolları unutmaq nədir? Alonso üçün yaxşı xəbər odur ki, sabah təzə güc qurğusuna keçib, ehtiyat hissə sayını artıracaq.