
Büdcə kəsirində tariflərin təsiri
35 milyardlıq azalma var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ-da istehsalçı inflyasiyası mənfi olub
Böyük Britaniya və ABŞ kəşfiyyat xidmətlərinin direktorları deyir ki, Pekinin əqli mülkiyyəti oğurlamaq üçün casusluqdan istifadə öhdəliyinə ciddi yanaşılmalıdır. Milli və iqtisadi təhlükəsizliyin müdafiəsində Çin üzərində üstünlüyü qorumaq üçün tədqiqat istedadına ehtiyac balanslaşdırılmalıdır.
Vaşinqton qanunvericiləri Çinlə texnologiya yarışında Amerikanın üstünlük əldə etməsi yollarını müzakirə edərkən 4 beynəlxalq alimdən 3-ü elmi araşdırmalar aparır. ABŞ-da bu işi görmək üçün kifayət qədər yerli məzunları yoxdur.
“Həmin məzunların çoxu, həmin fəlsəfə doktorları məzun olduqdan sonra immiqrasiya problemlərinə görə ölkəni tərk edirlər”, – deyə Kari Bingen bildirib.
Kari Bingen müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə keçmiş müavinidir. O, Konqresi elm və texnologiya sahəsində qabaqcıl dərəcələri olan immiqrantlara qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıran məktubu imzalayan 18 keçmiş ABŞ milli təhlükəsizlik rəsmilərindən biridir.
“Əgər bu texnologiya yarışmasında qalib gəlmək istəyiriksə, ABŞ daxilində və qlobal səviyyədə ən yaxşı beyinlərə ehtiyacımız var”.
Lakin təhlükəsizlik ekspertləri deyir ki, Pekin Amerikanın xarici istedadlara güvənməsindən fəal şəkildə istifadə edir.
“Onlar ABŞ-a tədqiqatçılar, tələbələr, müvəqqəti ziyarətçilər şəklində şəxslər göndərir və açığını desəm, Amerikanın əqli mülkiyyətini oğurlamaq üçün “Min İstedad” proqramı vasitəsilə akademik institutlarda və sairədə amerikalılara inteqrasiya edir”, – milli təhlükəsizlik eksperti Cəmil Caffer deyib.
58 yaşlı Ohayo ştatının professoru Song Quo Zen etiraf edib ki, o, Çinin tibbi ekspertizasını inkişaf etdirmək üçün ABŞ hökumətinin milyonlarla qrantlarından istifadə üçün çinli istedadların işə götürülməsi səylərində iştirakını gizlədib. İndi o, üç illik həbs cəzasını çəkir.
FTB direktoru Kristofer Rey Britaniyanın Daxili Kəşfiyyat Agentliyinin rəhbəri ilə birgə çıxışında iş adamlarına təcili xəbərdarlıq edib.
“Çin hökuməti texnologiyanızı oğurlamaq niyyətindədir, sənayenizi hərəkətə gətirən nə olursa olsun, ondan biznesinizi zəiflətmək və bazarınıza hakim olmaq üçün istifadə edir”.
Pekin buna dərhal cavab verib.
“Kəşfiyyat rəsmilərinin bu açıqlamaları onun köklü Soyuq Müharibə zehniyyətini və ideoloji xurafatını tamamilə ifşa edir”, – deyə, Çin Xarici İşlər Nazirliyindən Zhao Lijian bildirib.
Keçmiş Təhsil Nazirliyinin müşaviri Dan Karrell deyir ki, universitetlər və qrant verən qurumlar həssas tədqiqatların qorunması üçün daha çox təminat proqramı hazırlamalıdır. O deyir ki, hazırda beynəlxalq tədqiqatçıları yoxlamaq üçün heç bir layihə yoxdur.
“Həqiqətən, bunun necə baş verdiyini və insanların nə ilə əlaqəli olduğunu araşdırmaq üçün dürüst bir sistem yoxdur”.
Mütəxəssislər deyir ki, bu sistemin indi inkişafı Amerikanın gələcəyi üçün çox vacibdir. Kari Bingenin dediyinə görə, Çinlə texnoloji yarış gedir və məğlubiyyət şansları böyükdür.