vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:56 | 18 noyabr 2022 | Cümə Məqaləyə 777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nensi “nənə” ...

Pelosi bu dəfə başqalarını göz yaşına qərq etdi – nəvələrini sevinc, erməniləri hüzn

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi son günlər yaman məyus görünür. Dünənki açıqlamasında bu ağbirçək siyasətçi bildirdi ki, daha Demokratların lideri olmaq istəmir. Bu bəyanatı noyabrın 17-də Konqresdəki iclasda verən N.Pelosi hələ indi ayılıb ki, sən demə, o çoxdan qocalıbmış və öz yerini cavan kadrlara verməliymiş.

Pelosi elə bu cür də deyib: “Mənim üçün yeni nəslin dərin hörmət etdiyim demokratik fraksiyaya rəhbərlik etməsinə şərait yaratmağın vaxtı çatıb”.

Konqresdəki vəzifəsindən indiyə qədər dördəlli yapışan bu qadının əslində imkanı olsaydı bundan sonra da hələ bir müddət yeni nəslə böyük siyasət meydanına gəlməyə imkan verməzdi. Lakin Respublikaçılar Partiyasının nümayəndələri Konqresdə üstünlük qazandıqlarına görə bu Pelosi qarı istəməsə də belə Nümayəndələr Palatasının sədri postundan və Demokratlar Partiyasının fraksiya rəhbərliyindən rədd olub getməyə məcburdur. 

Amma bununla belə, bu qadının siyasətdən tam şəkildə çəkilmək fikri yoxdur. 

Deyib ki, hələ siyasətdən tamamilə getmir, bir konqresmen kimi seçicilərinin maraqları naminə işləməyə davam etmək niyyətindədir.

Pelosinin ən sensasiyalı fikri isə heç bilirsiniz nə olub? 

Deyib ki, “heç düşünməzdim ki, günün birində evdar qadından siyasətçiyə çevriləcəm və Nümayəndələr Palatasının spikeri olacağam”. 

Son seçkilərin nəticələri isə Pelosiyə yenidən evdar qadınlıq vəzifəsinə geri qayıtmağa şans yaratdı. Getsin yeməyini bişirsin, nəvələri varsa onlara vaxt ayırsın. 

Daha yazıq ermənilərin çilik-çilik olmuş ümidləri ilə oynamasın.

P.S. Bu yaxınlarda İrəvana gəlişi və anti-Azərbaycan çıxışı ilə erməniləri sevindirən Pelosi də belə getdi. Ermənilərin sevincinin ömrü çox sürmədi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)