vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
08:59 | 14 dekabr 2022 | Çərşənbə Məqaləyə 1300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Biz, yoxsa Rusiya?

Əsl təxribatçı kimdir, ...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlbəttə ki, biz yox, məhz Rusiya təxribatla məşğuldur. Lakin Rusiya mediası isə Şuşa-Laçın yolunda eko-aktivistlərimizin ermənilərin ekoloji terroruna və “sülhməramlı”ların ədalətsizliyinə qarşı etiraz aksiyası keçirməsini Azərbaycan tərəfinin məqsədyönlü təxribatı kimi təqdim edir.

Yazının əvvəli

Bəzi Rusiya saytları “Azərbaycanlılar Qarabağda Rusiya sülhməramlılarına qarşı təxribat törətdi” başlıqlı böhtançı yazılar dərc edir, rusiyalı oxuculara həqiqətləri təhrif olunmuş şəkildə çatdırırlar.

Odur ki, biz indi əsas diqqətimizi ermənilərin nə yazmasına yox, Kremlin ata biləcəyi məkrli addımlara, Rusiya mətbuatının və siyasi elitasının tutduğu mövqeyinə yönəltməliyik.

Ukrayna cəbhəsində və Qərblə mübarizədə tamamilə iflasa uğrayan, biabırçı vəziyyətə düşən Rusiya, Cənubi Qafqazdakı mövqelərini də həmişəlik itirməmək üçün ən ağlasığmaz üsullara belə əl ata bilər. Zatən hamımız Putini yaxşı tanıyırıq. Xəstə təfəkkürlü bu adamdan qurşaqdan aşağı istənilən zərbəni gözləmək mümkündür. 

“Sülhməramlı”ların komandanı Andrey Volkovun bizim etirazçılarla görüşə gəlməməsi də onu göstərir ki, onlar hazırda Kremlin diktəsi ilə hansısa təxribatçı addımlara hazırlaşırlar. 

Bəs, son olaylar hansı həqiqəti ortaya çıxardı? 

Məlum oldu ki, Azərbaycan dövləti də, sıravi azərbaycanlılar da Xanımızın kəndindəki mülki ermənilərlə dil tapa və birgəyaşayışa start verə bilər, lakin Rusiya buna imkan vermir. Necə deyərlər, “atan kazaklardır”. Şər yuvası olan Kreml öz “sülhməramlı”larının əli ilə reinteqrasiya prosesinə (mülki ermənilərin Azərbaycanla yaxınlaşmasına, qaynayıb-qarışmasına) imkan vermir. 

Bölgədəki terrorçuların silahlanmasında, separatçıların fəallaşmasında xüsusi rol oynayan, faydalı qazıntı yataqlarımızın yoxlanılmasına şərait yaratmayan “sülhməramlı”lar indi də etiraz aksiyasının iştirakçıları ilə Xankəndidəki silahlı erməniləri toqquşdurmaq üçün hər an hərəkətə keçə bilər.

“Sülhməramlı”ların hansısa xain planlara hazırlaşması onların son davranışlarından da açıq-aydın görünür. Onlar etiraz aksiyasının keçirildiyi əraziyə bu gün növbəti dəfə əlavə canlı qüvvə, hərbi texnika cəlb etdilər. 

Bütün bunlar nəyə lazımdır?

Axı Azərbaycan dövləti Şuşa yoluna qoşun yığmayıb, hərbi texnika cəmləşdirməyib, antiterror əməliyyatı keçirməyə də hazırlaşmır. 

Üstəgəl, beton maneələrlə, konteynerlərlə yolu da bağladılar. Onlar ermənilərin Şuşa-Xankəndi yoluyla gedib-gəlməsini özləri əngəllədikləri halda, lakin elə informativ görüntü yaradırlar ki, sanki o yolu azərbaycanlılar ermənilərin üzünə bağlayıb. Yəni məsələ Rusiya tərəfinin “xeyir-dua”sı ilə dünya birliyinə məhz bu fonda təqdim olunur. 

Biz hazırda ermənilərlə hər hansı konfliktdən, toqquşmadan maksimum dərəcədə yayınmağa çalışsaq da (bu da ən doğru davranışdır), lakin Rusiya isə hər vəchlə yenidən aranı qarışdırmağa, bizi toqquşdurmağa çalışır. Çünki bu Rusiyanın özünə hava-su kimi lazımdır. 

Ukrayna cəbhəsində küncə sıxışdırılan və dünyanın gözündən düşən, “izqoy” ölkəyə çevrilən Rusiya üçün indi özünü ermənilərin “havadar”ı, qoruyucusu obrazında, sülhməramlı ölkə kimi təqdim etmək və bu yolla dünyanın rəğbətini qazanmaq, Qərbdən aman diləmək baxımından əla fürsət yarana bilər. Putin Azərbaycanı təxribata çəkə bilsə və bizim Xankəndidəki ermənilərə qarşı hərbi güc tətbiq etməyimizə nail olsa, məqsədinə çatmış sayılacaq. Ona görə də “sülhməramlı”lar hər an təxribat törədə bilərlər. 

“Sülhməramlı”ların azərbaycanlı fəalların Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirdiyi ərazidə özləri üçün modul tipli yataqxanalar quraşdırmalarının və yolun uzun müddətə bağlanmasına qəsdən şərait yaratmalarının özü də təxribatın bir formasıdır. Çünki o yolun uzun müddət bağlı qalması əleyhimizə işləyə bilər. Rusiya, Fransa mediası və erməni diasporu bu vasitə ilə dünyada bizə qarşı qəzəb, nifrət dalğasının baş qaldırmasını körükləyər. Azərbaycan Qarabağdakı erməniləri blokadada saxlayan, dinc üsullarla “soyqırımı”na məruz qoyan ölkə kimi təqdim edilə bilər və hazırda edilir də. 

Beləliklə, Kreml bir güllə iki “dovşan” vurmuş olur. Həm dünyanı Azərbaycana qarşı qaldırır, həm də öz yaramaz “sülhməramlı”larının Qarabağda uzun müddət qalması üçün zəmin yaradır. Bu hal-hazırda Kremlin (Putinin) minimum-proqramıdır.

Lakin biz bu planın gerçəkləşməsinə yol verməməliyik. Və bütün dünyaya da göstərməliyik ki, azərbaycanlılarla erməniləri yaxınlaşmağa qoymayan, Azərbaycanla Ermənistanın yekun sülh anlaşmasını imzalamasına mane olan əsas şər qüvvə də məhz Rusiyanın özüdür. Bunu ermənilərə də başa salmalıyıq. 

Son olaylar həm də o baxımdan əhəmiyyətlidir ki, biz erməniləri “dinə-imana” gətirib, Rusiyanın 200 ildir davam etdirdiyi “Parçala və hökm sür” mənfur imperiya siyasətini poza və tarixin arxivinə göndərə bilərik. 

Biz Rusiyadan daha ağıllı davranmaq, Kremldə cızılan bütün iyrənc planları önləmək zorundayıq.

P.S.: Yeri gəlmişkən, o aksiyada toplaşanların hamısı sizdən fərqli olaraq gerçək sülhməramlılardır, ay dırnaqarası rus “sülhməramlı”ları! 

Siz o qədər kinli və həm də kütbeyinsiniz ki, anlaya bilmirsiniz ki, silahsız, dinc etirazçıların, ekoloqların, könüllü gənclərin üzərinə zirehli hərbi maşınlarla, avtomat və pulemyotlarla gəlmək olmaz. Sizin “sülh”ünüz də, məramınız da tankların, avtomatların lüləsində gizlənib.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)