
Avropada yayılan yeni virus – çikunqunya
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransa bələdiyyələrində əməkhaqqı üsyanı
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Avropa şəhərində 26 cərimə yazılarkən 4 avtomobilin hərəkəti qadağan edildi
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
Fransada türklərin antik əşyalarını toplanılır
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
O qədər dəyişkən bir dövrdə və güvənsiz bir dünyada yaşayırıq ki, nəinki Fransada, Rusiyada və ya ABŞ-da, hətta can və qan qardaşımız olan Türkiyədə də güclü təbliğata, güclü diaspora və güclü lobbiyə ehtiyacımız var.
Amma əfsuslar olsun ki, bunların heç biri yoxdur.
Və bu qənaətim bu gün iki jurnalist dostumuzun yazdıqlarını oxuduqdan sonra bir qədər də möhkəmləndi.
Öncə Şöhrət El-Dənizin yazısını diqqətinizə təqdim edirəm.
Şöhrət bəy yazır:
“Azərbaycanı nəinki Avropada, ABŞ-da, heç bizə doğma olan Türkiyədə doğru-dürüst təbliğ edib, ideoloji iş aparmırıq. Bilin, erməni və yunan lobbisinin güclü olduğu ölkələrdən biri də Türkiyədir. Xoşunuza gəlsə də budur, gəlməsə də”.
Şöhrət bəy elə bir həssas nöqtəyə toxunub ki, onun fikirlərini yalanlamaq, təkzib etməyimiz üçün heç bir əl yeri qoymayıb. Nə gizlədək, həmkarımız yüzə-yüz həqiqəti yazıb. Türk ad və soyadlarının çətiri altında gizlənən ermənilər və yunanlar qardaş ölkəmizdə həqiqətən də kifayət qədər şəbəkələşə, qurumsallaşa biliblər.
Və hələ onlar Türkiyə-Azərbaycan münasibətlərinin, Ərdoğan-Əliyev dostluğunun bu qədər sıx olmağına görə özlərinə, hərəkətlərinə bir qədər çəki-düzən verirlər. Məsud Yılmaz, Süleyman Dəmirəl, Tansu Çillər kimi liberal liderlərin baş nazirlik dönəmlərində isə erməni və yunan tör-töküntüləri ümumiyyətlə, Türkiyədə at oynadırdılar.
Digər bir dostumuz Ağa Rza Elçinoglu isə yazırdı ki, orada ona deyiblər ki, “qaldığın otaqdan Azərbaycan bayrağını götürməlisən...”
Şöhrət bəyin qeyd etdiyi kimi hətta qardaş ölkədə də doğru-dürüst təbliğat işi aparmamağımızın nəticəsidir.
Başqa ölkələrdə də buna bənzər vəziyyətlərlə, xoşagəlməz hallarla üzləşən soydaşlarımıza rast gəlirik.
Hazırda təbliğat, diaspor və lobbiçilik işimizin ən çox axsadığı ölkə ilk növbədə Fransadır.
Hal bu ki, bu işlərimizin ən yüksək nəticə ilə, ən səmərəli şəkildə görüldüyü, qurulduğu ilk Avropa ölkəsi məhz Fransa olmalıydı.
Əcaba, mən nə üçün Fransanı belə çox qabardıram?
İndi təqdim edəcəyim statistik rəqəmlərdən sonra siz də mətləbdən agah olacaqsınız.
Buyurun, rəqəmlərlə tanış olun:
Hazırda Fransada 70 min azərbaycanlı,
1 milyona yaxın Türkiyə türkü,
6 milyondan çox müsəlman yaşayır.
Heç bilirsiniz bu nə deməkdir?
Bu, ilk növbədə həddindən artıq böyük bir qüvvə, potensial, resurs, baza deməkdir.
Azərbaycan dövlətinin xarici siyasətinə dəstək olmaq və ölkəmizin mənafelərini Fransanın ermənipərəst prezidentinin və senatorlarının hücumlarından qorumaq üçün bu nəhəng potensialdan çox effektiv surətdə istifadə etmək mümkün idi.
Lakin istifadə edilmədi.
Təsəvvür edin, bizim Fransada yaşayan 700-800 min civarında erməniyə qarşı 7-8 milyonluq Azərbaycan-Türkiyə-müsəlman icmasını təşkilatlandırıb çıxarmaq imkanımız var. Lakin bunu edən, təşkilatlandıran yoxdur.
Diasporla iş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti çox sönükdür.
Elə həmin sönüklüyün nəticəsiydi ki, ötən həftə fransız senatorların Azərbaycana qarşı məlum ədalətsiz qətnaməni qəbul etmələrini əngəlləmək üçün Fransa Senatının binası qarşısında keçirilən etiraz aksiyasına cəmi 50 azərbaycanlı qatılmışdı...
Bəli, cəmi 50 nəfər.
Fransada yaşayan 70 min azərbaycanlıdan cəmi 50 nəfərini meydanda gördük.
Kimdir müqəssir?
Laqeyd soydaşlarımızmı?
Yoxsa, koordinasiyasız, təşkilatlanmasız fəaliyyət göstərən diaspor qurumlarımız?
Mən hələ lobbi barədə ümumiyyətlə, heç nə demirəm, danışmıram.
Avropa ölkələri arasında Azərbaycana qarşı bu qədər kəskin düşmənçilik mövqeyində dayanan Fransada bu qədər geniş insan resursumuz varkən, bəs, bu soydaşlarımızın Fransanın dövlət siyasətinə təsir imkanları nədən sıfır dərəcəsindədir?
Onlar niyə təşkilatlana bilmirlər?
Nə üçün Natali Qule adlı bir senatordan və Jerome Lambert adlı bir deputatdan başqa diasporumuzun fransız parlamentarilərinin heç biri ilə düz-əməlli kommunikasiyası, əməkdaşlığı yoxdur?
Bütün bunları kim təşkil etməlidir?
Erməni diasporunun fransız alimləri ilə, yazıçıları ilə, media mənsubları ilə, bloqerləri ilə, bələdiyyə və parlament üzvləri ilə qurduğu sıx iş birliyini bəs biz nə zaman quracağıq?
Azərbaycan və Türkiyənin birləşmiş diasporu nə zaman Fransa seçkilərinə təsir göstərə bilən, Fransa prezidentliyinə namizədləri özüylə hesablaşmağa vadar edən real gücə çevriləcək?
Fransız siyasətçilər Milli Assambleyaya və Senata üzv seçilmək üçün erməni diasporunun yox, məhz Azərbaycan-Türk diasporunun səsini qazanmağa nə zaman önəm verməyə başlayacaqlar?
Axı biz birlikdə Fransadakı 700-800 min ermənidən qat-qat çoxuq...
Bəs, kəmiyyəti keyfiyyətə çevirməyimiz üçün nə tələb olunur?