

ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
... Bölgədə böyük fəlakətə yol açacaq
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
“Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir.
İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.
İlham Əliyevin dünən ADA Universitetində keçirilən beynəlxalq konfransdakı bu çıxışı təkcə Tehrandakı mollaların deyil, Güneydəki və Quzeydəki manqurtların, qatı iranpərəstlərin də ciddi narahatlığına səbəb olub.
Manqurtlar bu çıxışı dəstəkləmək əvəzinə, yenə də “biz iranlıyıq” deyib dururlar. Xüsusən də “Səhər” kanalında Azərbaycan dilində danışan xanım aparıcının və onun qonağı olan xanımların molla rejimini xüsusi canfəşanlıqla dəstəkləmələri lap ikrah doğurur.
Əlbəttə, Güneyli soydaşlarımız arasında oyanıq insanlar, milli ruhun daşıyıcısı olan, müstəqilliyə can atan, o cümlədən Bütöv Azərbaycan idealı ilə yaşayan fəallar, mübarizlər də çoxdur. Lakin farsçılığa, molla ideologiyasına satılmışlar da var. Və molla rejimi məhz həmin satılmışlardan bizə qarşı istifadə etməyə çalışacaq. Necə deyərlər, bizi sapı özümüzdən olan “balta”larla vurmaq istəyəcəklər.
Odur ki, eyforiyaya qapılmamalıyıq və “bütün güneylilər müstəqillik istəyir” deyib özümüzü aldatmamalıyıq. Nəzərə almalıyıq ki, mollalar hakimiyyətdə olduqları 40 ildən artıq müddət ərzində bir çox güneylilərin beyinlərini “yumağı” bacarıblar. Necə ki, vaxtilə sovet rejimi Azərbaycandakı bir çox insanların beyinlərini beynəlmiləlçilik, xalqlar dostluğu kimi cəfəng ideyalarla doldurub, qondarma “sovet insanı” düzəltmişdilər.
Eyni, oxşar proses Güney Azərbaycanda da öz işini görüb. İranı farslardan betər müdafiə edən manqurt “azərbaycanlı”lar “ordu”su yetişib. Ona görə də biz bu manqurtları milli təfəkkürün daşıyıcısı olan güneylilərdən ayırmağı bacarmalıyıq. Mollalara və onların yetişdirdiyi manqurtlara qarşı daha effektiv mübarizə üsulları fikirləşməliyik.