vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
00:41 | 4 dekabr 2022 | Bazar Məqaləyə 963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəhbərliyini satan general...

... Yaxud təxribatlar Kremlin “mətbəx”ində hazırlanır

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir açıqlama ilə öz nazirliyini “baqaj”a qoyan general... Söhbət Rusiya “sülhməramlı”larının komandanından gedir.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) israrlı çağırışlarından sonra nəhayət ki, ərazilərimizdə müvəqqəti yerləşdirilən Rusiya “sülhməramlı” qüvvələrinin komandanı, general-mayor Andrey Volkov Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarında ərazilərimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi ilə bağlı məsələyə münasibət bildirib.

General-mayor Andrey Volkov belə deyib:

“Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq.

Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim generalştabın xəritələrində isə adlar sovet dövründə qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə, biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə elə də yazırıq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa elə də yazırıq”.

Səmimi hərbçi və əsl sülhməramlı rolunu yaxşı oynamağa çalışan general Volkov bu açıqlaması ilə toponimlərimizlə bağlı məkrli davranışın əsas mənbəyi kimi Rusiya Müdafiə Nazirliyi və Kremli göstərmiş oldu. 

Yəni ki, Azərbaycanı narazı salan bütün hərəkətlər, təxribatlar məhz Kremlin “mətbəx”ində hazırlanır. 

P.S. Volkovun bu ifşa-açıqlamasından sonra Moskva yəqin ki, bu generalı cəzalandıracaq və onu daha “etibarlı” başqa bir generalla əvəzləyəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)