

Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
Dırnaqarası “sülhməramlı”ların bu gün jurnalistlərimizi Xankəndiyə buraxmamaları “sülhməramlı”ların maskalarını yırtmaq və ümumən Rusiyanın sülhməramlı yox, pisməramlı bir ölkə olduğunu açıb göstərmək üçün çox əla faktdır, materialdır.
Bunlar bu gün özlərini rəsmən ifşa etdilər.
Bəli, Rusiya nə bizim Qarabağımızda, nə Moldovanın Dnestryanı bölgəsində, nə Suriyada, nədəki dünyanın hər hansı başqa bir bölgəsində sülhməramlı missiya həyata keçirə bilməz.
Çünki bunun üçün Rusiyanın nə potensialı, nə təcrübəsi, nədəki mənəvi ixtiyarı yoxdur.
Rusiya hərbçilərinin olduğu hər yer enində-sonunda qan gölünə çevrilir. Rus dövlətçiliyinin mayasında, zatında belə sülhpərvərlik yoxdur. Bu dövlətin son 400 illik tarixi başdan-başa müharibələrdən, kütləvi qırğınlardan, işğallardan, müstəmləkəçilikdən ibarətdir.
Rus xisləti, rus etnopsixologiyası Dostoyevski kimi travmalı yazarlardan və hərb maşınından başqa heç nə istehsal etməyə və heç kimi yetişdirməyə qadir deyil.
Sülhməramlılıq müqəddəs missiyadır, amma həm də olduqca çətin, mürəkkəb missiyadır. Hər ölkə, hər xalq sülhməramlı ola bilmir. Sülhməramlılığın kriterlərinə cavab vermək üçün ölkənin özü də, onun hərbçiləri də necə deyərlər, bir çox sınaqlardan, testlərdən keçməlidir.
Lakin nə etməli, Rusiya və onun ordusu bu missiya üçün tam yararsızdır. Başqa sözlə desək, evdə (Kremldə) bişməyib, qonşudan da gəlməyib.
Tarixi boyu hegemonluğa, xırs quldurbasanlığa öyrəşmiş Rusiya hara, sülhməramlılıq hara?!
Özlərini “sülhməramlı” adlandıran rus hərbçilərinə nə onların hazırkı komandanı general Andrey Volkov, nədəki öncəki komandanlar hələ də başa sala bilməyiblər ki, onların missiyasına azərbaycanlılara öz ərazilərində azad gəzməyi qadağan etmək daxil deyil. Bu cür sülhməramlılıq olmur.
Sanki rus əsgərlərinə xüsusi olaraq tapşırılıb, deyilib ki, sizin sülhməramlılığınız yalnız erməniləri qorumaqdan ibarətdir, vəssalam.
Bəs, bu yaxınlarda Kəlbəcərdə ermənilərin hücumuna məruz qalan azərbaycanlıları qorumaq kimin missiyasına daxil idi? Bu cür birtərəfli qaydada “sülhməramlı”lıq harada görünüb?
Bacarmırsınız, dəf olun gedin də öz çürüməkdə olan Rusiyanıza!
Zəli kimi nə yapışmısınız Qarabağdan?!
Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün bu gün general-mayor Andrey Volkovla sülhməramlıların Xocalıdakı qərargahında görüşüb.
Lakin çox təəssüf ki, həmin görüşün gedişatını media nümayəndələrimiz izləyə bilməyib. Çünki yaramaz “sülhməramlı”lar jurnalistlərin Xocalıya keçidinə mane olub. İTV-nin reportyoru israrla əraziyə keçməyə cəhd göstərsə də, “sülhməramlı ayı”lar onu və digər həmkarlarını əraziyə buraxmayıblar.