vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
20:15 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Neft niyə bahalaşıb?

ABŞ və Rusiyada danışıqlarının başlamasına baxmayaraq ...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada sülh danışıqlarına aydınlıq gətirməsini gözlədiyi bir vaxtda ABŞ və Rusiyada tədarükün kəsilməsi səbəbindən neft qiymətləri yüksəlib.

“Brent” markalı neftin fyuçersləri 20 sent və ya 0,3 faiz artaraq 01:46-da bir barel üçün 76,04 dollara yüksələrək üçüncü gündür ki, yüksəlib.

ABŞ-ın mart ayı üçün Qərbi Texas xam nefti Prezidentlər Günü bayramı ilə əlaqədar bazar ertəsi ticarət edilmədikdən sonra cümə gününün bağlanışından 23 sent və ya 0,3 faiz bahalaşaraq barel üçün 72,08 dollara çatıb.

Mart müqaviləsi cümə axşamı günü başa çatdı, aprel müqaviləsi isə 0,3 faiz artaraq 72,04 dollar oldu.

Rusiya Qazaxıstandan xam neft ixracı üçün əsas marşrut olan Xəzər boru kəməri ilə neft axınının çərşənbə axşamı Ukraynanın pilotsuz uçuş aparatının (PUA) nasos stansiyasına hücumundan sonra 30-40 faiz azaldığını bildirib.

“Reuters”ə xəbər verir ki, 30 faizlik azalma bazara gündəlik tədarükün 380 min barel itkisinə bərabər olacaq.

Bu arada soyuq hava ABŞ-ın neft tədarükünü təhdid edib. Şimali Dakota Boru Kəməri İdarəsi, ABŞ-ın üçüncü ən böyük xam neft istehsalçısı olan əyalətdə hasilatın soyuqlar səbəbindən gündə 150 ​​min barrel azalacağını təxmin edib.

Geosiyasi cəbhədə ABŞ prezidenti Donald Tramp administrasiyası dünən Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqları davam etdirməyə razılaşdığını açıqlayıb. Razılaşma Rusiya neftinin daşınmasını dayandıran sanksiyaları yumşaltmağa və ya ləğv etməyə kömək edə bilər.

Digər tərəfdən Tramp, avtomobillərə “25 faiz aralığında” tariflər və yarımkeçiricilər və əczaçılıq idxalına oxşar rüsumlar tətbiq etməyi planlaşdırdığını söylədi. Bu tariflər istehlak mallarının qiymətlərini qaldıracaq, iqtisadiyyatı zəiflədəcək və yanacağa tələbatı azaldacaq.