Nərgiz Paşayeva akademik oldu
AMEA-da seçkilər keçirildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
-
“Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri elan edilib. Səsvermə nəticəsində AMEA-nın 26 həqiqi və 50 müxbir üzv seçilib. AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürmüşdü.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, akademik seçkiləri istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun və şəffaf aparılıb.
Yeni seçilmiş akademiklər arasında ictimai mühitdə tanınmış şəxslərdən Asəf Hacıyev, Rasim Əliquliyev, Vaqif Abbasov, Rəfiqə Əliyeva, Adil Qəribov, Kamal Abdulla, Tofiq Hacıyev, Rəfael Hüseynov, Arif Məlikovun adı var. Müxbir üzvlər arasında isə Qurban Yetirmişli, Nuru Bayramov, Muxtar İmanlı, Nərgiz Paşayeva və Gövhər Baxşəliyeva ictimai mühitdə daha çox tanınır.
Filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva «Ədəbiyyatşünaslıq» ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə «M.Sabirin novatorluğu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə «Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki» (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin «Azərbaycan ədəbiyyatı tarixi» kafedrasında (2004-cü ildən adı «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasının professoru və müdiridir.
1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının «Dil və ədəbiyyat» kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl «ÜNS» yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondunun İdarə heyətinin üzvü, «Azərbaycan-İrs» jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat yoldaşıdır.