

“Minsk Qrupu artıq işləmir”
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
19 il aradan sonra ...
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
... Həm İrəvana, həm də Bakıya
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
«Qoy ATƏT-in Minsk Qrupunun nümayəndələri etimadı gedib ermənilərə öyrətsinlər». «Trend» xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
Baş nazirin müavini bildirib ki, ATƏT-in Minsk Qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: «Bizə etimaddan danışan Minsk Qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar».
Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: «Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk Qrupu, demək olar ki, mahiyyətini itirib».
Baş nazirin müavini, həmçinin qeyd edib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: «Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik».