“Elə qızlar var ki, oğlanları ...”
Hadı Rəcəbli cəmiyyətin həssas mövzusundan sərt danışdı
Gültəkin ƏLƏSGƏR, modern.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsan ömrü uzanır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
-
Özü-özüylə dil tapa bilməyən qadın
Solo nikaha girdi, yola getməyib boşandı
-
Təbliğat planı baş tutmadı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
-
Gəncləri komplekslərdən necə qoruyaq?
Qızların və cavan qadınların yarısı plastik əməliyyat haqqında düşünür
-
Niyə ailə qurmaq istərmirsən?
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
-
Əksər halda ailənin təzyiqi ilə olur
“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”
-
“O adam öz taleyi ilə oynayır”
Deputat “Real TV”ni ittiham etdi, sərvəti haqda yayılan xəbərə qəzəbli reaksiya verdi
-
Oğlan uşaqlarının saçlarını uzatmayın!
Valideynlərə xəbərdarlıq
-
Öz nikahına gecikənlərə 229 manat cərimə
Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq
-
«Bətninizdəki mələkləri ətrafınızdakı şeytanlara qurban verməyin»
Qız valideynləri və ekspertlər selektiv aborta qaçan ailələrə səslənirlər
-
Bu qanun qüvvəyə minərsə...
İraqda doqquzyaşlı uşaqların evliliyinə icazə verilə bilər
-
Ağır külqabı
(Sevən xanımlara ithaf edirəm)
-
Simic, yoxsa nankor?
Nişan üzüyünü aldığın qiyməti açıqla, deyim necə adamsan...
-
Yük motoskileti ilə gəlin apardı
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
-
Cinsiyyətin rəngi varmı?
Və ya niyə qız uşaqları çəhrayı, oğlan uşaqları isə mavi geyinir?
-
«Bu fikirlər bugünkü tələblərə cavab vermir»
Hotel və hostellərlə bağlı qanun layihəsi etiraz doğurdu
Əvvəllər qız qaçırmaq dəbdə idi, indisə deyəsən, tam tərsinədir - qızlar oğlan qaçırmağa “başlayıb”. Elə bir müddət öncə baş verən “oğlan qaçırma” olayına sadə adamdan tutmuş, ziyalıya kimi hamının marağına səbəb oldu. Belə bir hadisə ölkədən kənarda, tutalım, hansısa Avropa ölkəsində baş versə idi, bəlkə də bu qədər səs-küyə səbəb olmazdı. Amma Azərbaycan reallığında bir qızın oğlan qaçırması adət-ənənəyə qarşı çıxmaq kimi qarşılandı.
Artıq bir ilk var. Bundan sonra ikinci belə hadisə baş versə, yəqin ki, artıq normal qarşılanacaq.Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlamasında deyib ki, əvvəllər qız qaçırma adəti var idi. Hətta valideynlərin maddi imkanı olmayanda buna könüllü razılıq verirdilər. “Zaman dəyişib, formalar dəyişib. Avropaya inteqrasiya etməyə başlamışıq, Türkiyə modeli gözümüzün önündədir.
Qaçırma məsələsi Azərbaycanda demək olar ki, yoxdur. Qızın oğlan qaçırmasını isə sensasiya ediblər. Bu da o qaçırmadan deyil ki, qızın qolunu-qıcını bağlayıb maşına, ata mindirib qaçırsınlar”. Hadı Rəcəbli Avropa təcrübəsini misal gətirərək bildirdi ki, insanların əksəriyyəti vətəndaş nikahında yaşayırlar. Ona görə də Azərbaycanda baş verən ilk və son olay kütləviləşə bilməz. “Avropaya diqqət yetirək. Orada vətəndaş nikahı üstünlük təşkil edir. İki gənc bir-birini sevirsə, rəsmi nikaha girmədən belə birlikdə yaşayırlar. Bu yaxınlarda Venesuelanın prezidenti Nikolas Maduro nikahını rəsmiləşdirdi. Məsələn, Fransanın prezidenti Holland da həyat yoldaşı ilə rəsmi nikahda deyil. Yəni bu hallar dünyada mövcuddur. Qaçırma deyilən məfhum indi formasını dəyişib. Qızlar da oğlanlar da dilli-dilavər olublar. Zaman dəyişib, oğlan qızı, qız oğlanı bəyənirsə, qaçırmağa ehtiyac yoxdur, bir yerdə yaşayırlar. Bu gün də elə qızlarımız var ki, oğlanla bir yerdə sərbəst yaşayırlar sonra bir başqasına ərə gedirlər”.