vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
18:40 | 19 noyabr 2014 | Çərşənbə Məqaləyə 2665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qiymət qalxmalıdır»

«Düzdür qanun qüvvədədir, amma ...»

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda siqaretin qiyməti bahalaşmalıdır». AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev dilə gətirib.

Onun sözlərinə görə, dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır:

«2010 -cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün isə ölkədə yoxsul səviyyəsində yaşayan insan yoxdur. Bu məqamlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir».

Deputat bu məqamları əsas götürərək qeyd edib ki, tütün məhsullarında aksiz və əlavə dəyər verilərinin (ƏDV) artırılmasına ehtiyac var: 

«Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır».