vaxtlı-vaxtında oxuyun! Bazar, 16 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
Siqaret bahalaşdı 12:00 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 2946 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siqaret bahalaşdı

Aksiz vergisi 2.5 dəfə artdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb. Məlumata görə, siqaretlərin hər bir qutusunda 20 qəpik artım qeydə alınıb.

“European Tobacco-Baku”dan bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:

“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb. Eyni zamanda, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb”.