«Cəlil qadın corablarını reklam etdi»
«Xanım dostları kitabı ayaqlarının üstünə qoyub şəkillərini çəkdiriblər»
Tural BALABƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zaldan gözüyaşlı çıxırdılar”
Qan Turalıdan “Cümhuriyyət ili”nə töhfə
-
Öncə televizordan imtina edin
Yazıçı olmaq istəyənlərə qızıl kimi məsləhətlər: Stiven Kinqın «kəndiri»ndən istifadə edin
-
«Burnuma araq qoxusu gəlir, nəinki ədəbiyyat»
«Azad istəklər, azad diləklər, azad hərəkətlər - budur mənim qanunum!»
-
O, 80-ci illər ədəbi nəslindəndir. Vaxtilə, fəal şair kimi tanınıb, amma nədənsə, indi dərc olunmur. Niyə? Şairin həyatında, yaradıcılıq dünyasında, ədəbiyyata münasibətində nə dəyişib? Sözün qısası, Aktual.az-ın «Yazarın bazarı» rubrikasının qonağı şair Vəli Xramçaylıdır.
- Vəli bəy, görüş yerinə gecikdiniz...
- Bağışla, qardaşoğlu. Gecə gec yatmışam.
- Çağırılan yerə həmişə gecikirsiniz?
- Gecikdiyim vaxtlar çox olub. Gecikdiyim üçün, yəqin, elə də böyük cəza verməzsən(gülür).
- Narahat olmayın, Vəli bəy...
- (sözümü kəsir) Suallar qaçmır. Aclığın varmı?
- Yox. Başlayaq?
- Elə bil, məhkəmədəyəm və sən də dövlət ittihamçısısan.
- Yaman gec-gec dərc olunursunuz...
- Meydanı siz gənclərə vermişik. Dərc olunuram. Amma az.
- Gec-gec dərc olunmağınıza səbəb reklamınızın az olmasıdır?
- Hə. Qadan alaram, bizlər qocalmışıq e. Bir-iki gənc var, bizim nəsli itirilmiş nəsil adlandırır. Əslində, bizim ədəbi nəslimiz tapıntıdır. Hər adam dərc oluna bilməzdi. İndi yerindən duran hər adam sayt açır.
- Saytların çox olmasının nəyi pisdir?
- Pis olan odur ki, yaza bilən də, bilməyən də dərc olunur.
- Amma çoxları məşhurdur...
- Hər məşhur sənət əsəri yaratmır.
- Belə çıxır ki, ətrafları genişdir?..
- Hə qadan alım...
- Cəlil Cavanşiri tanıyırsınızmı?
- «Qadın corabları»nı yazanı deyirsən?
- Bəli.
- Tanıyıram.
- Sizcə, Cəlil Cavanşirin «Qadın corabları» romanı oxucular arasında maraqla qarşılandı, yoxsa ətrafının reklamı idi?
- Ətrafının reklamı idi. Cəlil qadınların corablarını yaxşı reklam etdi. Xanım dostları sağ olsunlar, əsas da ayaqları və corabları.
- Niyə ayaqlar və corablar?
- Xanım dostları kitabı ayaqlarının üstünə qoyub şəkillərini çəkdiriblər. Amma uğurlu təbliğatdır.
- Seymur Baycan...
- (sözümü kəsir) Yazıçı olub-olmadığını soruşacaqsan?
- Ona bənzər sual verəcəkdim...
- Seymur Baycan yazıçı deyil. Bunu özünə də demişəm.
- Seymur Baycanın «18.6 sm», «Quqark» kitabları ən çox satılanlar arasındadır.
- Olsun da. Dostları və ətrafı təbliğ edir. Seymur Baycan yazıçı deyil. Onun «Körpüsalanlar» kitabını oxumuşam.
- Bəyənmisiniz?
- Özünə bildirmişəm iradlarımı. Düzdür, iradlarımı qəbul etməyib. Bir daha qeyd etmək istəyirəm, yazıçı deyil.
- Qan Turalı necə yazardır?
- Qan Turalı çox istedadlı oğlandır. Köşələrini oxuyuram və çox bəyənirəm.
- Romanlarını bəs?
- Qadan alım, versinlər oxuyum da. Oxumamışam.
- Müsahibə vasitəsi ilə mesaj göndərmiş oldunuz...
- Hə, qadan alım(gülür).
- Şərif Ağayar...
- (sözümü kəsir) Şərif Ağayar yaxşı şairdir. Şeir kitabını oxumuşam. Çox bəyənirəm.
- Şərif Ağayar artıq nəsrə keçib...
- Bilirəm. Qardaşına demişəm. Nəsr kitablarını da gətirəcək.
- Yazar içməsə, yaza bilmir?
- İçməyən yazarlar o qədərdir ki...
- Niyə heca vəznində şeir yazan şairləri topa tuturlar?
- Heca vəznində şeir yazmağı hər kəs bacarmır.
- Ad çəkə bilərsiniz?
- Yox.
- Çəkindiniz?
- Yox. Çoxdur. Saysam, vaxt gedər.
- Sərbəst şeirlər yazmısınız?
- Yazmışam və yazıram da. Amma heca vəznində daha çox yazıram.
- AYB-nin üzvüsünüz?
- Bəli.
- Amma, deyəsən, incik olanlardansınız...
- Yox.
- AYB-dən nəsə ummusunuz?
- Yox. Mən o yazarlardan deyiləm.