Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:13 | 27 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 2880 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Avropada yeni enerji qərarı qüvvəyə minir
Tramp bu həftə enerji mövzusunda vacib bəyanatlar verəcək.
ABŞ bu sahədə strategiya dəyişikliyinə gedir. Əgər son illərə qədər məqsəd xarici mənbələrdən asılılığa son qoyulması, enerji müstəqilliyinə nail olunması idisə, indi yeni hədəf qlobal enerji bazarında dominant mövqelər əldə edilməsidir. Bu hədəf respublikaçıların ötən il Klivlenddə Trampın namizədliyinin rəsmən elan olunduğu qurultayında açıqlanan seçki platformasının önəmli müddəalarından biridir. Orada bildirilir ki, ABŞ OPEC ölkələri və Rusiyanın malik olduğu ehtiyatların toplamından daha böyük enerji ehtiyatlarına (neft, qaz, kömür) malikdir və bunların istismarının önü açılmalıdır.
Artıq bu istiqamətdə mövcud olan məhdudlaşdırıcı normativ baza aradan qaldırılır. Tramp üçün ekologiya, ətraf mühit, iqlim dəyişikliyi kimi problemlərin önəmi yoxdur. İqlim dəyişikliyi məsələsinin ABŞ-ın inkişafını ləngitmək məqsədilə Çin və digər dövlətlər tərəfindən uydurulduğuna inanır. Bu səbəblə, indiki administrasiya dönəmində neft-qaz yataqlarının aqressiv istismarı, yeni yataqların hasilata açılması, kömür istehsalının artımı gözləniləndir. Bunun sayəsində ölkə daxilində yeni iş yerlərinin yaradılacağı, iqtisadi inkişafa əlavə stimul veriləcəyi, ixracın genişləndirilməsi nəticəsində isə xarici ticarətdə kəsirin azaldılacağı düşünülür.
ABŞ-ın bu siyasətinin dünya enerji bazarında qiymətlərə təsirini proqnozlaşdırmaq çətin deyil. Geosiyasi təsirlərə gəldikdə isə, əgər ötən dövrlərdə ABŞ enerji ilə zəngin bölgələrə nəzarət, nəql yollarının təhlükəsizliyi uğrunda mübarizə aparırdısa, indi bu sahədə mübarizə daha çox bazarlar uğrunda gedir və gedəcək. Maraqlı detal budur ki, bu mübarizə geosiyasi rəqiblərlə olduğu kimi, müttəfiqlərlə münasibətlərdə də problem yarada bilər və yaradır. Rusiya-Avropa Birliyi ortaq layihəsi olan «Şimal axını-2» layihəsinin timsalında bunu görmək olar. Növbəti yazıda bu mövzuya toxunmağa çalışarıq.