Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
17:32 | 1 sentyabr 2017 | Cümə
Məqaləyə 3021 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Bu gün Sergey Lavrov bildirib ki, Rusiyanın təklif etdiyi «vahid və bölünməz təhlükəsizlik» prinsipi Qərb tərəfindən qəbul olunaraq hüquqi öhdəlik şəklinə salınsaydı, Qarabağ və Dnestryanı münaqişələr həllini tapardı, Ukrayna hadisələri isə baş verməzdi.
Bunu tərcümə etməyə çalışaq.
Lavrov demək istəyir ki, Qərb Rusiyanın öz nüfuz sahəsi saydığı regionlara, ən başda postsovet məkanına müdaxilə etməyə çalışmasaydı, Moskva bu münaqişələri yaratmayacaqdı və davam etdirməyəcəkdi. Yəni bu ərazilərdə separatizm ocağı Qərbin Rusiya sərhədlərinə doğru irəliləməsinə mane olmaq məqsədilə alovlandırılıb.
Putin Rusiyası 2-ci dünya savaşından sonra olduğu kimi, Qərblə nüfuz dairələrini bölüşdürmək niyyətini heç vaxt gizlətməyib, hətta bunu rəsmi təklif şəklində masaya qoyub. Bu təklif 2008-ci ilin iyununda Rusiya tərəfindən irəli sürülən «Avropanın Təhlükəsizliyi haqqında Müqavilə»də (ruscası: Договор о европейской безопасности - ДЕВ) əksini tapıb. Orada «vahid və bölünməz təhlükəsizlik» konsepsiyasından bəhs olunurdu və bildirilirdi ki, müqavilənin hər bir iştirakçısı tərəfindən istənilən addım digərlərinin təhlükəsizlik maraqları nəzərə alınaraq atılmalıdır. Yəni NATO və Avropa Birliyi şərqə doğru genişlənməməlidir, ən azı postsovet məkanı Rusiyanın təsir dairəsindəki region olaraq tanınmalıdır. Təklif 1 il sonra Rusiya prezidenti Dmitri Medvedevin BMT Baş Assambleyasındakı çıxışında da səsləndirildi. Zəif olan tərəfin güclü ilə paritetə nail olmaq niyyətini əks etdirən bu təklifi Qərb qəbul etmədi. Rusiyanın Gürcüstan və Ukraynaya hücumu bu anlaşılmazlığın birbaşa nəticəsi idi.
Bu gün Rusiya yenidən Qərblə masaya oturub, həmin şərtlər əsasında anlaşmaq istəyir. (Yalta-2 variantı.) Qərbin mövqeyi ortada olduğu üçün bu barədə uzun yazmağa ehtiyac yoxdur. Rusiyanın hərbi bazalarla çevrələnməsini, onun sərhədlərində intensiv hərbi təlimləri, postsovet ölkələri Gürcüstan və Ukraynaya dəstəyin artmasını görürsünüz. ABŞ dövləti (burada ABŞ dövləti ilə ABŞ prezidentini ayırmaq lazımdır) Rusiya ilə belə bir alverin qəti əleyhinədir. Avropada bu alverə tərəfdar olan ayrı-ayrı siyasi qüvvələr var, lakin institutlaşmış Avropa buna qarşıdır. Avropa Birliyinin 2016-cı ilin iyununda açıqladığı xarici siyasət və təhlükəsizlik siyasəti üzrə yeni qlobal strategiyada postsovet məkanının Rusiyanın maraq zonası kimi tanınması rədd edilir və bildirilir ki, AB-nin şərq qonşuları öz gələcəyini özləri müəyyən etməlidir.
Lakin acı olan məqam budur ki, Azərbaycan kimi kiçik dövlətlər hələlik öz taleyini müstəqil həll etmək imkanından məhrumdur. Rusiya etnik-ərazi münaqişələrini «yaxın xaric» adlandırdığı bu ərazilərdə öz təsirini qorumaq və Qərblə alver predmeti kimi əlinin altında saxlayır. Taleyimiz böyük ölçüdə Rusiya-ABŞ rəqabətinin nəticələrindən asılıdır.