Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:12 | 14 noyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2808 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Binəli İldırım «şiəliyin bölgədə yayılması təhlükədir» deyəndə İranın regionda məzhəbçilik təməlində apardığı ekspansiya siyasətini nəzərdə tutur.
Suriya bataqlığında başlıca məqsədinə çatmadıqdan sonra Türkiyənin diqqəti özünün cənub sərhədlərində - İraq və Suriyanın şimalında kürd zolağının yaranmasını əngəlləməyə yönəlib. Belə bir zolaq Türkiyənin Ortadoğu ilə əlaqəsinin kəsilməsi deməkdir, cənubda kürd dövlət(lər)inin yaranmasının Türkiyənin içərisinə mümkün təsirləri isə hamının məlumudur.
Amma nəzərdən qaçan önəmli bir məsələ var: İran dövləti də eyni bölgədə öz zolağını yaradır. İrandan başlayıb, İraqdan keçməklə Suriyaya, Aralıq dənizi sahillərinə qədər uzanan «şiə zolağı» formalaşır. Bu zolaq da eynilə kürd zolağı kimi Türkiyəni bölgədən təcrid edir və Türkiyənin maraqları baxımından ciddi təhlükədir. Hazırda Türkiyə və İranın yeganə üst-üstə düşən marağı kürd dövlətinin ortaya çıxmasına yol verməməkdən ibarətdir, qalan məsələlərdə iki dövlət regional rəqib olaraq qalır.
Rusiya, İran və Türkiyədən ibarət Astana formatı 3 dövlətin strateji səviyyədə anlaşması demək deyil, sadəcə situativ ittifaqdır, bunu kürd məsələsində Rusiyanın fərqli mövqeyindən də görmək olar. Rusiya Suriyanın gələcək dövlət quruluşu ilə bağlı məsələlərin müzakirəsi məqsədilə keçirəcəyi «Suriya Milli Dialoq Konqresi»nə Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-ni də dəvət edib. Bu qruplaşmanın Moskvada rəsmi nümayəndəliyi var və bu yaxınlarda (1 ay əvvəl) onlar Rusiya XİN-in dəvəti ilə Moskvada səfərdə oldular. Əsəd hökuməti də rəsmi olaraq bəyan etdi ki, kürdlərə muxtariyyət verilməsi məsələsini müzakirə etməyə hazırdır.
Olduqca mürəkkəb, qarışıq durum yaranıb, bu gün birlikdə görünənlər sabah asanlıqla ayrıla bilər və yaxud əksinə, bu gün ayrı olanların sabah ortaq məxrəcə gəlməsi tamamilə mümkündür. Türkiyənin İran, İraq, Suriya, Rusiya, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı ilə həm ortaq, həm də fərqli maraqları var. Maraqları tam uzlaşdırmaq mümkünsüz görünür. Hər hansı dövlətin bu vakxanaliyadan özünün bütün maraqlarını təmin edərək çıxması möcüzəvi nəticə olardı.
Türkiyə Atatürkün mənası indi daha yaxşı anlaşılan «Yurdda sülh, cahanda sülh» düsturundan uzaqlaşmamalı idi...