Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
14:50 | 25 sentyabr 2018 | Çərşənbə axşamı
Məqaləyə 2210 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Rusiyanın Suriyaya “S-300” göndərməsi İsraili zərurət yarandıqda bu ölkə ərazisinə zərbə endirməkdən çəkindirə bilməz. Bunu Rusiya da bilir.
Əgər Moskvanın doğrudan da Suriya hava məkanını tamamilə bağlamaq və oranı uçuşa yasaq zona elan etmək niyyəti olsaydı, bunu özü edərdi. Bu halda Suriyaya “S-300” göndərməyə ehtiyac da qalmazdı, Rusiya özünün Hmeymimdəki “S-400”, “Buk”, “Pantsir”, “Kvadrat” sistemləri və hərbi aviasiyası vasitəsilə Suriya hava məkanını 24 saat qapalı saxlayardı.
Suriyaya “S-300” göndərmək qərarının və bunun Şoyqu tərəfindən TV-də bütün dünyaya car çəkilməsinin əsas səbəbi budur ki, Rusiya Suriyada məruz qaldığı ardıcıl imic, reputasiya itkilərinin müqabilində hansısa addım atmalıdır. İsrailin (bəzən isə Qərb ölkələrinin) kobud, sayasalmaz hərəkətlərinə açıq cavab verilməlidir ki, hər kəs Rusiyanın reaksiyasız qalmadığını görsün. Digər tərəfdən, Rusiya ən yaxın müttəfiqinə yardım etməlidir, ya yox? Sən necə müttəfiqsən ki, Suriya ərazisinin, oradakı iranlıların davamlı hücumlara məruz qalmasını kənardan oturub izləməklə kifayətlənirsən? Deməli, Rusiya dosta, düşmənə həm də onu nümayiş etdirməlidir ki, lazım gələndə müttəfiqlərinə kömək edir, onları darda qoymur.
İsrail İranın Suriyada möhkəmlənməsini özü üçün ekzistensial təhdid sayır, yəni bunu öz mövcudiyyətinə real təhlükə kimi qəbul edir. İsrailin Suriyada hərbi aktivliyini dayandırması o deməkdir ki, İran rahat şəkildə orada hərbi bazalar qura, İsrail ərazisinə zərbələr endirəcək raketlər yerləşdirə, sərhəddə İsrailə qarşı kəşfiyyat-diversiya fəaliyyətləri apara, Livana – “Hizbullah”a istədiyi silahları ötürə bilər. İsrailin bütün bunları seyr etməsi mümkün deyil, hətta Rusiya Suriyaya nüvə silahı versə belə.
Radioelektron mübarizə sahəsində TSAHAL-ın ciddi tərəqqiyə nail olduğu sirr deyil. Rusiya tərəfindən İrana “S-300” qurğusu verildikdən sonra İsrail Hərbi Hava Qüvvələrinin bu sistemin radarlarından yayınmaq, dalğalarını qarışdırmaq üçün təlim-məşqlər apardığı ötən illərdə mediaya sızmışdı. Bu məşqlərdə nə dərəcədə uğur əldə edildiyini önümüzdəki həftələrdə, aylarda görə bilərik.
Bu da mümkündür ki, Rusiya İranla ciddi müzakirə apararaq onun Suriyadakı hərbi fəaliyyətlərini minimuma endirməsinə nail olsun və İsrailin bombardmanlarına ehtiyac qalmasın, beləliklə, hamı öz sifətini qorusun.