Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
11:34 | 8 oktyabr 2018 | Bazar ertəsi
Məqaləyə 2916 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiya kəşfiyyatının peşəkarlıq səviyyəsi ya xeyli aşağı düşüb, ya da özləri planlı, məqsədli şəkildə bu cür kobud işləyirlər.
Təsəvvür edin ki, QRU (hazırda Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi) zabitləri haker aparaturası quraşdırdıqları avtomobili Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın Hollandiyada yerləşən mənzil-qərargahının qarşısında park edir və antenaları binaya doğru tuşlayıb, qurumun serverinə daxil olmağa çalışırlar. Nəticədə Hollandiya və Britaniya kəşfiyyatının (AIVD və MI-6) birgə əməliyyatı ilə olay yerindəcə yaxalanırlar. Hadisə apreldə baş verib, həmin vaxt bu beynəlxalq təşkilat Britaniyada sabiq QRU polkovniki Sergey Skripal və qızına qarşı istifadə olunan kimyəvi maddə ilə bağlı araşdırma aparırmış.
Eyni günlərdə QRU-nun İsveçrədəki əməliyyatı da uğursuz olub. (Yəqin Berndə “proval”dan sonra zəhər içib binadan yerə düşən professor Pleyşneri xatırladınız) İki rusiyalı haker-kəşfiyyatçı bu ölkənin Spiez şəhərindəki kimyəvi laboratoriyanın yaxınlığında saxlanılıb. Bu laboratoriya həm “Noviçok” məsələsi, həm də Suriyada istifadə olunan kimyəvi silahlarla bağlı araşdırma aparırmış. Həmin “QRU”şniklərin də üzərində haker hücumu üçün nəzərdə tutulan texniki vasitələr aşkarlanıb. İsveçrə hökuməti hadisədən sonra Rusiyadan rəsmi şəkildə tələb edib ki, ölkə ərazisində həyata keçirdiyi casus əməliyyatlarına son qoysun.
Skripal olayının hansı səviyyəyə gəlib çatdığını bilirsiniz: “Boşirov-Petrov” məzhəkəsi... (“Solsberiyə ona görə getmişdik ki, qədim kilsəyə baxaq” filan...) Bu yaxınlarda məlum oldu ki, “Ruslan Boşirov” əslində Rusiya qəhrəmanı, QRU-nun polkovniki Anatoli Çepiqa imiş. A.Çepiqanın əməlləri açıqlamalarından fərqli olaraq, məzhəkədən uzaqdır. Onun 2014-cü ildə Ukraynadakı inqilabdan sonra Yanukoviçin ölkədən qaçırılmasında (Ukrayna daxilində Kiyev-Donetsk-Sevastopol marşrutu üzrə və oradan sualtı qayıqla Rusiyaya), eləcə də 2015-ci ildə İstanbulda çeçen səhra komandiri Abdulvahid Edelgeriyevin qətlində iştirakı barədə məlumatlar var. (Qəhrəman adını hansı əməliyyata görə aldığı məlum deyil.)
Hollandiya müdafiə nazirinin QRU-nun əməliyyatları barədə açıqlamalarından sonra Rusiyaya qarşı sanksiyaların tətbiqi yenidən gündəmə gəldi. Avropa Birliyinin rəhbərləri (Yunker, Tusk, Mogerini) birgə bəyanat yayaraq Rusiyanı ittiham etdilər. Britaniya hökuməti sanksiya məsələsinin AB çərçivəsində müzakirə olunacağını açıqladı. (Britaniya hələlik AB-dən çıxmadığı üçün bu məsələdə müstəqil hərəkət edə bilmir.) ABŞ artıq Skripal hadisəsi - kimyəvi hücum faktı ilə bağlı ilk sanksiyaları tətbiq edib və ikinci - daha sərt sanksiyalar noyabrda tətbiq olunmalıdır. (Bu gün ABŞ Hollandiya və İsveçrədə ifşa olunmuş 4 QRU zabiti də daxil olmaqla, 7 rusiyalıya rəsmi ittiham irəli sürdü.) Avropa Birliyinin hüquqi-normativ bazası kimyəvi hücumla bağlı sanksiya tətbiqini nəzərdə tutmurdu, sentyabrın sonunda AB bununla bağlı hüquqi rejim müəyyənləşdirdi. Yəni artıq baza var.
Son günlər bahalaşan rubl, eləcə də Rusiyanın dövlət istiqrazları və şirkət səhmləri Qərbin yeni ittihamları və sanksiya mövzusunun gündəmə qayıtmasından sonra yenidən ucuzlaşmağa başladı.
Moskvanın Skripalların zəhərlənməsi və Qərb qurumlarına, beynəlxalq təşkilatlara qarşı kiberhücumlarına dair təkzibedilməz dəlil-sübutların ortaya qoyulması Avropada Rusiyaya qarşı sanksiyaların ləğvinə çağıran çevrələrin (İtaliyanın yeni hökuməti başda olmaqla) mövqelərini də zəiflədir.