Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:47 | 26 noyabr 2018 | Bazar ertəsi
Məqaləyə 3217 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Dünən xəbər var idi ki, Putinin reytinqi Krımın işğalından əvvəlki səviyyəyə düşüb - 45 faiz.
Rusiyalı sosioloqlar ölkədə iqtisadi çətinliklərin artdığını, əhali arasında narazılığın gücləndiyini, xarici siyasət məsələlərinin artıq insanlar üçün önəminin azaldığını, “soyuducunun televizora qalib gəldiyini” bildirirlər.
Xəbəri oxuyanda düşündüm ki, görəsən Kreml diqqəti daxili problemlərdən yayındırmaq üçün bu dəfə hansı avantüraya əl atacaq? Çox gözləmək lazım gəlmədi. Bu gün Azov dənizində (Kerç boğazında) Rusiya hərbi gəmiləri Ukraynaya məxsus 2 hərbi kater və bir yedək (buksir) gəmisinə hücum ediblər. Əvvəlcə yedək gəmisi Rusiya gəmisi tərəfındən taran edilib. (Video aşağıda.) Bir qədər sonra Rusiya dənizçiləri silah tətbiq edərək Ukrayna katerlərini və gəmisini ələ keçiriblər.
Hadisənin noyabrın 30-da G-20 zirvəsi çərçivəsində keçiriləcək Putin-Tramp görüşü ərəfəsində baş verməsi diqqət çəkməyə bilməz. Olayın səbəbləri ilə bağlı 3 əsas versiya var:
- Birincisi, Putin Ukrayna problemini aktuallaşdırıb, Avropanın şərqindəki bu münaqişəni hər an alovlandıra biləcəyini nümayiş etdirməklə, çoxdan arzu etdiyi kimi, Qərbi və Trampı "mini Yalta" masasının qurulmasına vadar etmək istəyir. Yəni, məsələn, "İran və Çin məsələlərində sənə kömək edə bilərəm, əvəzində Ukraynanı mənə ver" şəklində bir alver istəyi, mesajı.
- İkinci versiyaya əsasən son həftələrdə Ukrayna Azovda qəsdən Rusiyanı kiçik miqyaslı konfliktə təhrik edir və bu məsələdə ABŞ dövlətinin içərisindəki bəzi çevrələrin, həmçinin Britaniyanın (anqlo-saks "dərin dövləti") rolu var. Trampın Putinlə mümkün razılaşmalarını və alverini pozmaq, eləcə də Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmaq, Avropada Rusiya ilə münasibətlərin düzəlməsini istəyən (alman-fransız böyük biznesi, İtaliya, Avstriya və s.) dairələri susdurmaq üçün həmin çevrələr Moskvanı yeni aqressiv addımlara sürükləmək ehtiyacı hiss edir.
- Daha çox Rusiyada səsləndirilən üçüncü versiya budur ki, reytinqi aşağı olan Poroşenko prezident seçkilərinə az müddət qalmış qəsdən vəziyyəti gərginləşdirir ki, buradan siyasi divident götürsün.
Hər üç versiyanın lehinə və əleyhinə arqumentlər tapmaq olar. Mən şəxsən bu avantüranın Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılması ilə nəticələnməsi ehtimalını yüksək sayıram. Skripal hadisəsi ilə bağlı ABŞ hökuməti tərəfindən yeni sanksiyalar zatən gündəmdədir, bunların tətbiqi sürətlənəcək. Konqresdə isə sanksiyalara dair bir neçə qanun təklifi var və bunları vahid layihə şəklində birləşdirmək lazımdır. Bu prosesə yəqin ki, yeni ilin ilk həftəsində Konqresin yeni tərkibi fəaliyyətə başladıqdan sonra start veriləcək.
Bərbad durumda olan Rusiya iqtisadiyyatını daha ağır günlərin gözlədiyi şübhəsizdir. ABŞ-ın bu mərhələdən sonra Ukrayna və Gürcüstanı alver predmetinə çevirməsi isə ağlabatan görünmür.