Çəki, ürək döyüntüsü, qan təzyiqi ...
İlk dəfə antidepresantların fiziki yan təsirləri açıqlandı
18:27 | 5 iyun 2013 | Çərşənbə
Məqaləyə 4581 dəfə baxılıb
Şriftin ölçüsü
İlk dəfə antidepresantların fiziki yan təsirləri açıqlandı
Avropada aparılan araşdırma dərman biznesinə ağır zərbə vurdu
“Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır”
“DroomSap” epilepsiyaya səbəb ola bilər
On minlərlə insan alternativ müalicə üsulları yetərli olmadığı üçün dərmanları məcburi istifadə edir
205 nəfərdən üçdə biri 20 faiz çəki itirib
Epidemiyanın gedişini dəyişəcək “Lenacapavir” ucuz qiymətlə gəlir
Keçmiş baş qərargah rəisi Ümummilli Lideri aldatmağa cəhd etdi
550-dən çox preparat tapılmır
Kimlərə şamil olunacaq?
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Xəstəliyə tutulma riski yaşanan mühitlə əlaqəlidir
5 ayda 23 milyarddan çox xərclənib
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
İnsanlarda sınaqda keçirilir
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Ölkəyə gətirilən dərmanların gömrük rüsumsuz idxalı qanuniləşdiriləcək. Bu təklif hazırda Milli Məclisdə müzakirə olunan “Gömrük tarifi haqqında” qanuna əsasən reallaşacaq. Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabovun sözlərinə görə, hazırda ölkəyə gətirilən dərmanlar Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən rüsumdan azad olunsalar da, bu proses yeni sənədlə qanuniləşdiriləcək. Lakin ölkədə hələ də dərmanların qiymətinin digər ölkələrə nisbətdə baha olduğunu təsdiqləyən idarə rəisi bunun süni şəkildə edildiyini deyir: “Sahibkar idxal etdiyi dərman preparatlarından azaddırsa, niyə əhaliyə qiymətindən 3-5-10 qat baha satmalıdır? Artıq apteklərdə monitorinq keçirilmişdir, bütün apteklərdə eyni dərmanların eyni qiymətə satılması məsələsi gündəmdədir və öz həllini tapacaqdır”.
Ölkədə dərmanların apteklərdə fərqli və baha qiymətə satılması Milli Məclisdə də müzakirəyə çıxarılacaq. Miliət vəkili Vahid Əhmədov süni qiymət artımına qarşı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayır: “Bəzi ölkələrdə tələbatı çox olan mallara qiymətləri yuxarı hədləri müəyyən edilir. Dövlət tərəfindən yuxarı qiymət həddi təyin edilir. Məhsulu o qiymət həddindən yuxarı heç kimin satmaq ixtiyarı yoxdur. Mən təklif etdim ki, xaricdən Azərbaycana idxal olunan dərman preparatlarına yuxarı hədd qiymətləri müəyyən edilsin və ondan baha qiymətə satılmasın”.
Mütəxəssislər bunun apteklərdəki dərmanların qiymətinə təsir edəcəyinə və ucuzlaşmanın müşahidə olunacağına ümid edirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda ölkəyə idxal olunan malların 48 faizi idxal rüsumundan azaddır. Millət vəkilləri təklif edirlər ki, gələcəkdə bu güzəştlər müəyyən qaydada yerli istehsalın artırılması hesabına tədricən ləğv olunsun. Çünki büdcə bundan kifayət qədər itirir. Yerli istehsalın stimullaşdırılması isə bu problemi aradan qaldıra bilər.