“İranın Oppenheymeri”nin ölümü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
15:43 | 26 fevral 2019 | Çərşənbə axşamı
Məqaləyə 1926 dəfə baxılıb
Şriftin ölçüsü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “İnstagram” səhfəsində istefa verəcəyi ilə bağlı paylaşımı dünya gündəmini zəbt edib. Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin direktorunun müavini, beynəlxalq jurnalist İqor Pankratenko açıqlama verərək Zərifin bu addımını şərh edib.
Pankratenko düşünür ki, Zərif bu qərarı ölkə prezidenti Həsən Ruhaninin məsləhəti olmadan verib və öz siyasi gedişidir.
“Özünüz qərar verin - əvvəlcə Zərifin “İnstagram”ında məlumat paylaşılır, prezident administrasiyasında bu məlumat rədd edilir və yalnız bir müddətdən sonra bəli, istefa ərizəsinin olduğu, lakin Ruhaninin bunu imzalamayacağı deyilir”, - ekspert düşünür.
Zərifin istefa verəcəyi, ya da razı salınaraq vəzifəsində qalacağı hələ dəqiq deyil. Bundan əlavə, bir sıra İran KİV-də “geniş ictimailəşdirmə” istəyi də olmaqla Zərifin öz qərarını yenidən nəzərdən keçirməsi üçün kampaniya başlanıb.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif bundan savayı əvvəllər 3 dəfə istefa qərarını bəyan etmişdir.
“Siyasi rəqibləri İranın Xarici İşlər Nazirliyinin həyata keçirdiyi xarici siyasət xəttini ciddi şəkildə tənqid etməyə başladığı andan etibarən, Zərif heç kimin onu başa düşmədiyini və tənqidçilərin yazıq və səriştəsiz olduğunu deyir” - Pankratenko Zərifin getməyə hazır olduğunu bildirib.
Dünən istefası barədə yazan Zərif bu gün isə, “Cumhuri İslami” qəzetinin suallarını cavablandırır. Yenə də hər şeyin düzgün olduğunu söyləyirdi. Və əgər nəsə alınmırsa bunun yalnız xarici siyasətə müdaxilə edən və Xarici İşlər Nazirliyinin işini pozan düşmən qüvvələrə görə olduğu deyirdi.
Və bu ikinci incə məqamdır. Zərif birbaşa deyil, ancaq başa düşülən tərzdə ancaq prezident və xarici işlər nazirinin xarici siyasət yürütməli olduğunu israrla bildirir. Ali Liderin İslam İnqilabı Keşikçiləri Korpusunun və sairin katibliyi bəzən müəyyən məsələləri həll etməkdə yardımçı ola bilər. Bu da təbii ki, yumşaq desək, mühafizəkar dairələrdə və İran hakimiyyətinin müəyyən bir hissəsində anlayışla qarşılanmır.
“Beləliklə, böyük ehtimalla bu istefanın Zərifin hiyləgər manevrinin olduğu iddia edilə bilər. O ümid edir ki, onu qalmağa razı salacaqlar. Və buna görə, bir müddət tənqid olunmayacaq və ən əsası, nazirlik nəhayət xarici siyasətdə monopoliya əldə edəcək”, - deyə ekspert hesab edir.
Pankratenko bu qərarın Avropa İttifaqı ilə İran əlaqələrinə təsirini Zərifin istefasının qəbul ediləcəyi və оnun yerinə kimin təyin olunacağından asılı olacağını söyləyir. “Əgər o bu vəzifədə qalarsa və ya onun yerinə rəhbərlik etdiyi illərdə İran diplomatiyasının zəifləmiş bütün bu mif və illuziyalarını bölüşən şəxslərdən biri təyin olunarsa heç nə dəyişməyəcək”, - deyə Pankratenko bildirib.
Başqa bir şəxs gələrsə, bəlkə də İranın Aİ ilə bağlı siyasəti daha praqmatik, daha ayıq və savadlı olacaq. Bu, ehtimal ki, Tehranın Pekinlə münasibətlərinə də aiddir.
“Burada “Moskva əli” yalnız Zərif və onun Rusiyadakı məsləhətçilərinin Kremlin İranla tərəfdaşlığına münasibətini düzgün qiymətləndirə bilmədikləri üçün mövcud ola bilər. Və Rusiyanın federal və regional səviyyədə belə bir tərəfdaşlıqda maraqlı olmaması da buna səbəb ola bilər”, - Pankratenko Rusiyanın müdaxiləsinin mövcudluğu ilə bağlı sualı cavablandırıb.
Bütün bunlar, əlbəttə ki, iranlılar üçün xəyal qırıqlığına səbəb oldu. Axı onlara ən yüksək tribunalardan bunun əksini demişdilər. Beləliklə, Moskvanın əlinin olması deyil, Rusiyaya münasibətin iranlıların Zərifə təqdim etdiyi iddialar siyahısında daha bir maddə olduğu barədə danışmaq daha məntiqlidir.