Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:16 | 23 may 2024 | Cümə axşamı
Məqaləyə 2702 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
ABŞ-nin “Wall Street Journal” (WSJ) qəzeti Qərb ölkələrinin mədən yarışında Çindən geri qaldığını yazıb. Xəbərdə İsveçrənin “Glencore” mədən şirkəti fevral ayında Fransa müstəmləkəsi Yeni Kaledoniya ərazisində fəaliyyətini dayandırdığı, Britaniyanın “Horizonte Minerals” mədən şirkəti isə ötən ay həyata keçirdiyi yeni mədən layihəsini təxirə saldığı xatırladılıb.
Avstraliyanın cənubunda Qərb şirkətlərinə məxsus 4 nikel mədəninin bağlandığı, ABŞ-da bəzi litium hasilatı layihələrinin də dayandırıldığı diqqətə çatdırılıb. Qəzet Çinin nikel, kobalt və litium kimi mineralların çıxarılması istiqamətində aqressiv siyasətləri ilə Qərb şirkətlərinin əl-qolunu bağladığını yazıb.
Xəbərdə paylaşılan məlumatlara görə, keçən il Qərb ölkələrinin xaricdə təmizlənmiş kobalt istehsalı son 15 ilin ən aşağı səviyyəsinə düşüb. Çin şirkətləri tərəfindən ölkədən kənarda həyata keçirilən litium hasilatının qlobal bazarda payı bu il 35 faizə yüksəlib. Sözügedən nisbət 2018-ci ildə 14 faiz idi. Eyni dövrdə Çinin litium emalı zavodunun gücü 63 faizdən 70-ə yüksəlib.
“Fastmarkets” əmtəə qiymətlərinin təhlili firmasından Vilyam Adams Çinin mədənçilik sahəsində aqressiv potensial genişləndirmə siyasətinin sektorda artıq təklif yaratdığına diqqət çəkdi.
Çində dövlət tərəfindən dəstəklənən “Zijin Mining” şirkəti bu il litium istehsal gücünü 85 faiz artırmağı planlaşdırdığını açıqlayıb. Şirkət gələn il bu rəqəmi 5 dəfə artırmağı hədəfləyir.
“Zijin Mining” Kanadada yerləşən “Neo Lithium” şirkətinin 2021-ci ildə satışa çıxardığı mədəni Argentinada alıb. O dövrdə “Neo Lithium” şirkətinin meneceri olan Konstantin Karayannopulos Almaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya və ABŞ kimi müxtəlif ölkələrə təkliflər etdiklərini, lakin heç kimin sərmayə qoymaq istəmədiyini bildirib.
Karayannopulos, ən yüksək təklifin üç Çin şirkətindən gəldiyini və mədənin 2022-ci ildə 750 milyon dollara “Zijin Mining”ə satıldığını bildirib.
Xəbərdə Çinin xüsusilə İndoneziyada qurduğu nikel və kobalt mədənlərinin kömür enerjisi ilə işlədiyinə diqqət çəkilib.
Mədən sənayesində Çin şirkətlərinə meydan oxuyan Kanadanın “Talon Metals” ABŞ-ın Minnesota ştatında karxananı idarə etmək üçün Vaşinqtondan 100 milyon dollar dəstək alıb. İlon Maskın şirkəti “Tesla” da buradan çıxarılan nikeldən elektrik avtomobillərinin akkumulyatorlarında istifadə etməyi öhdəsinə götürüb.
Bununla belə, “WSJ” Çin nikel şirkətlərinin Pekin administrasiyasından daha çox dəstək aldığını qeyd edərək, Qərb ölkələrinin çinlilərlə ayaqlaşa bilməyəcəyini yazıb. “Talon Metals” şirkətindən Todd Malan bildirib ki, Pekin subsidiyalarla “qiymət üzərində nəzarətin yaradılması” strategiyasını həyata keçirir, Qərbdəki layihələr isə bazar əsaslı iqtisadi meyarlara cavab verməlidir.