İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:31 | 18 avqust 2024 | Bazar
Məqaləyə 344 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Bəzən fikir ayrılığı layihənin özündə deyil, hansının layihəyə xidmət etməkdə daha təsirli olması ilə bağlıdır. İran rejimində islahatçı və mühafizəkar, ya da şahin və göyərçin kimi qələmə verilənlərin fikir ayrılığının məğzi belə görünür.
Çadırın kənarında yox, daxilində münaqişə var. İslahatçı prezident Məsud Pezeşkian bir sıra nəzarətlərin tətbiq olunduğu seçkilər vasitəsilə prezidentliyə yüksəlib. Asan bir metafora olaraq, Pezeşkiyanı “İsgəndər İslahatçı” adlandıra bilərik!
Abdullahiyanın yerinə yeni xarici işlər naziri təklif edilib. Sözügedən şəxs Abdullahiyanla eyni təhsil, siyasət, məzhəb və qurumdan olan Abbas Araqçıdır.
Onların hər ikisi İnqilab Keşikçiləri Ordusu (SEPAH) məktəbindəndir. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai komissiya üzvləri ilə xarici işlər naziri vəzifəsinə namizəd Abbas Araqçı arasında söhbətlərin bəzilərini çatdırıb.
Dünya görüşünün SEPAH üzvü olduğu dövrdəki kimi olduğunu və dəyişmədiyini bildirən Araqçı, “Mən Nyu York Şəbəkəsinin üzvü deyiləm”, – deyib. Bəs bu Nyu-York bandası nədir?
Bu termin ilk dəfə illər əvvəl İranın ali dini lideri Əli Xamneyiyə yaxınlığı ilə tanınan “Keyhan” qəzetində yer alıb.
Bu terminlə nəzərdə tutulan budur: Şahın süqutundan əvvəl ABŞ-da olmuş və sonralar rejimin ideoloji məzmunu ilə razılaşmasalar da, Xomeyni rejiminin xeyrinə xidmət etmiş insanlar. Bu insanlar rejimə millətçi ruhla xidmət edirdilər. Xaricdə yaşayan və ya təhsil alan iranlılar və onların ailələri də bu əhatəyə daxildir.
Aralarında Zərifin də olduğu bu bandanın ən məşhur nailiyyətlərindən biri Tehranın maraqlarını, baxışlarını və ritorikasını təbliğ etmək üçün “Nike” kimi lobbi təşkilatından və “Trita Parsi” kimi təhlükəli bir İran əsilli Amerika fiqurundan istifadə etməsidir. Ola bilsin ki, Obama administrasiyası bu dəstənin ən böyük nüfuzunun şahidi olub. Bəs bu qrupun Araqçı, Abdullahiyan və SEPAH-ın digər üzvlərindən fərqi nədir?
Bu qruplaşmanın üzvləri Tehran administrasiyasının nəyin bahasına olursa-olsun ABŞ-la razılaşmalı olduğunu düşünür. Bu yolla İranın Yaxın Şərq regionunda üstünlük qazanacağına, inqilabın ixrac ediləcəyinə, İran rejiminin strateji dərinliyinin genişlənəcəyinə inanırlar. Ona görə də onlar ilk növbədə ABŞ-la kompromis əldə etmək zərurətinə sadiqdirlər. Təbii ki, əsas məqsəd ABŞ-la tərəfdaşlıq etməkdir.
Hər zaman gülümsəyən Zərif qrupu bəlkə də Abdullahiyan və Araqçı kimi üz-gözündən zəhrimar yağanlardan daha təhlükəli ola bilər.
Nəhayət, kartlar gəlir və gedir. Amma istər gülümsəsin, istərsə də qaşqabaqlı olsun, hamısı eyni oyun masasındadır. Nyu-York, Tehran və Cemran bandaları arasındakı oyunun qaydalarını dini rəhbərlə SEPAH müəyyən edir. Oyun davam etdikcə rejimin ürəyi də döyünəcək.