İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:09 | 9 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 405 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Böyük zəlzələ riskinin gündəmdə olduğu Tehranın izdihamlı əhalisi və infrastruktur problemləri İranda yenidən mübahisə yaradıb. İranın türk əsilli prezidenti Pezeşkian “paytaxtın köçürülməsindən başqa çarəmiz yoxdur”, – deyib.
İranın yeni prezidenti Məsud Pezeşkian deyib ki, Tehranın həddən artıq çox problemi var və paytaxtın başqa yerə köçürülməsi lazımdır.
İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra keçirilən seçkidə prezident seçilən türk əsilli Pezeşkiyan, məsələ ilə bağlı həftə sonu etdiyi çıxışında uzun müddətdir gündəmdə olan paytaxtın köçürülməsi təklifinə toxunub.
Tehranı davamlı inkişaf etdirmək planlarının mənasız olduğunu və şəhərin su qıtlığı, hava çirkliliyi və zəlzələ riski kimi problemlərlə mübarizə apardığını bildirən Pezeşkian, “Bu problemlərə həll tapa bilmirik. Ən yaxşısı siyasi və iqtisadi mərkəzi ölkənin cənubuna köçürməkdir”, – deyib.
“İnsanlara Tehrandan köçün deyə bilmərik, ona görə də hökumət özü getməlidir və onda insanlar da onun ardınca gedəcək”, – deyən İran lideri, paytaxtın dənizə yaxın əraziyə köçürülməsinin yaxşı bir fikir olduğunu bildirib: “Başqa seçimimiz yoxdur”.
Pezeşkiyanın açıqlaması İranda mübahisə yaradıb. 1990-cı illərdə Tehranın meri olmuş Qulamhüseyn Kərbasçi ölkədə Tehranı əvəz edə biləcək potensial kapitalın olmadığını və əvvəllər paytaxtı köçürən ölkələrin həmişə pul itirdiyini iddia edirdi.
Tehranın ətraf rayonlarla birlikdə 17 milyondan çox əhalisi var. Qahirədən sonra Yaxın Şərqin ən sıx məskunlaşdığı şəhər olan Tehran 1786-cı ildən İranın paytaxtıdır.
Mütəxəssislər şəhərin güclü zəlzələ təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edirlər.