
Papa XIV Leo and içdi
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Şərqi Timor hökumətinin katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin ölkəyə səfəri üçün 12 milyon dollar büdcə ayırması kəskin qarşılanıb.
2013-cü ildən Katolik Kilsəsinin 266-cı Papası kimi vəzifəsini icra edən Papa Fransisk Cənub-Şərqi Asiya turunun üçüncü hissəsində Şərqi Timora gəlib. Bildirilib ki, Roma Papası ölkənin paytaxtı Dilidə hökumət rəhbərləri ilə görüşlər keçirəcək.
Digər tərəfdən, hüquq müdafiəçiləri Papanın səfərini tənqid ediblər. Çünki bu səfər əhalisinin demək olar ki, yarısı yoxsulluq həddinin altında yaşayan ölkəyə təxminən 12 milyon dollara başa gəlib.
Şərqi Timor İnkişaf Monitorinq və Təhlil İnstitutunun tədqiqatçısı Marino Fereyra səfər üçün ayrılan büdcənin “şişirdilmiş” olduğunu iddia edərək, hökumət yoxsullara məhəl qoymamaqda günahlandırıb.
Papanın səfərini təşkil edən komitəyə rəhbərlik edən dövlət idarəsi naziri Tomas Kabral xərclənən vəsaitin böyük olduğunu, lakin bu vəsaitin yol tikintisində, kilsələrin və digər ictimai obyektlərin təmirində də istifadə edildiyini bildirib. “Ölkəmizi beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər infrastrukturu və imkanları olan qonşu ölkələrlə müqayisə etməyin. Biz burada hər şeyi sıfırdan etməliyik”, – Kabral bildirib.
***
Ölkənin Tasitolu bölgəsində keçirilməsi planlaşdırılan mərasim üçün təxminən 23 hektar ərazinin zəbt edildiyi və rayon sakinlərinin bir hissəsinin evlərindən qovulduğu iddia edilib.
İnsan haqları müdafiəçisi Pedrito Vieyra, “Bu ailələrin həyatı qeyri-müəyyəndir. Onlar hələ də hara gedəcəklərini bilmirlər, çünki orada təzminat gözləyirlər”, – deyib.
Nazir Kabral bu insanların torpaq sahibi olmadığını və onlara köçmək üçün vaxt verildiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) məlumatlarına görə, əhalinin təxminən 42 faizinin yoxsulluq həddinin altında yaşadığı Şərqi Timorda məşğulluq nisbətləri çox aşağıdır.
Papa Fransisk sentyabrın 2-də 45-ci xarici səfəri çərçivəsində 12 günlük ən uzun xarici səfərinə çıxıb. Papanın Cənub-Şərqi Asiya turuna İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapurun daxil olduğu açıqlanıb.