Merz hökumətində siyasi böhran
Almaniyada erkən seçki çağırışları güclənir
10:14 | 25 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 650 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniya kansleri Olaf Şolz içində iş adamlarından ibarət böyük bir nümayəndə heyətinin müşayiəti ilə Orta Asiyaya səfər etmişdi. Olduqca maraqlı olan bu tarixi səfər nədənsə az işıqlandırıldı.
Şolz əvvəlcə Astanada 5 Orta Asiya ölkəsinin lideri ilə görüşdü.
Ancaq Özbəkistan prezidenti ilə ayrıca danışıqlar aparmaq və Şavkat Mirziyoyevlə baş-başa görüşmək üçün Səmərqəndə uçdu.
Almaniya hökuməti həm qazaxlar, həm də özbəklərlə investisiyalar və ticarət dövriyyəsinin artırılması ilə bağlı memorandumlar paketi bağladılar.
Lakin ən maraqlısı Səmərqənddə baş verdi.
Şolz Özbəkistandan əmək və təhsil miqrasiyasını sadələşdirməyə hazırlaşır.
Söhbət yaxın gələcəkdə yüz minlərlə özbək işçidən gedir.
Almaniya böyük işçi defisiti ilə üzləşir.
2035-ə qədər Almaniyanın 7 milyon işçiyə ehtiyacı olacaq.
Özbəkistanda durum əksinədir – ötən ilin sonunda işsizlik 8 faiz təşkil edir ki, bu da 1,3 milyon nəfər deməkdir.
Miqrasiya üzrə xüsusi komissar Yoahim Stamp Özbəkistanın “çoxlu gənc və ixtisaslaşmış işçi qüvvəsi olan” azsaylı ölkələrdən biri olduğunu deyir.
Almaniyanın yeni sənayeləşmə dövrü üçün öz “meksikalılarına” ehtiyacı var.
Polşa, Rumıniya və digər Avropa ölkələri əvvəlki kimi işçi qüvvəsi anbarı olmaqdan çıxıblar..
Əslində, özbək miqrantlar Rusiyanın yolunu tutmalı idilər.
Ancaq rusların yeni miqrasiya qaydaları tətbiq etməsi özbək işçilər artıq Almaniyaya üz tutacaqlar.
Bu gedişlə Rusiya qapılarını ancaq taciklərə açacaq…
Şolz Almaniyanın Orta Asiyaya investisiyaları dəfələrlə artıracağını vəd edir.
Almanlar Qazaxıstana alternativ resurslar tədarükçüsü kimi baxırlar.
Qazaxıstan artıq Almaniyaya neft tədarükündə ABŞ və Norveçdən sonra 3-cü yeri tutur.
Müzakirə olunan digər mövzu isə Almaniyanın Rusiyadan yan keçməklə Orta Asiyanı Avropa ilə birləşdirəcək Transxəzər nəqliyyat dəhlizinin genişləndirilməsində iştirakı məsələsidir.
Son hadisələr Türk Dünyasının güclənməsində olduqca əhəmiyyətli rol oynayacaqlar.